Interposta.Info

Amerikalı ekspert:

Müxtəlif
 8-07-2017, 15:27     1 007

“Azyaşlı Zəhra Quliyeva və nənəsi Sahibə Quliyevanın Alxanlı kəndində Ermənistan ordusu tərəfindən öldürülməsi İrəvanın insanlığa qarşı işlədiyi dəhşətli cinayətdir”

Bunu “Vestnik Kavkaza” saytına açıqlamasında amerikalı ekspert Piter Teys söyləyib.

O, məhz İrəvanın eyni şəkildə 25 il öncə Xocalı soyqırımını törətdiyini bildirib:

“Bu cür qətllər Vaşinqton, Paris, Brüssel, Berlin və digər Qərb ölkələri tərəfindən dərhal qınanmalıdır. Ermənistan ordusunun Azərbaycanın mülki vətəndaşlarına, o cümlədən uşaqlarına qarşı təşkil etdiyi bu hücum demokratik ölkələri Qarabağ konfliktinin həllində aktivləşdirməlidir. Məhz bu konflikt ucbatından Azərbaycan 25 ildən çoxdur ki, özünün dinc sakinlərini itirir.

Ermənistanın fəaliyyəti İŞİD-in teraktları ilə müqayisə olunacaq səviyyədədir. Avropa Ermənistanın sonuncu əsgəri Azərbaycan torpaqlarından çıxana qədər ona qarşı sanksiyalar tətbiq etməlidir. BMT İrəvana siyasi təzyiq məsələsində vacib rol oynamalıdır”. (axar.az)

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26