Interposta.Info

2 ölkənin 4 şəhərində 7 gün dincəlmək –

Müxtəlif
 4-07-2017, 14:50     816

İstilərin düşməsi ilə əlaqədar Gürcüstan və Türkiyə şəhərlərinə təşkil edilən turlara start verilib.

Axar.az xəbər verir ki, isti yay günlərində səyahətsevərlər üçün Batumi - Artvin - Rize – Trabzona turları təşkil olunur. Belə turlar 6 gecə 7 gün davam edir. İki ölkənin ümumilikdə dörd şəhərini gəzmək 295 dollara başa gəlir. Bu da təxminən 498 manat edir.

Bu qiymətə gediş-gəliş, 3 gecə 3 ulduz “Batumi Premium Palace” oteldə, 2 gecə isə 4 ulduzlu “Rize Green Suada” oteldə gecələmə daxildir. Bundan başqa, Batumidə səhər yeməkləri, Rizedə səhər və şam yeməkləri də qiymətə daxil edilir.

Həmçinin, tur zamanı ekskursiyalar keçirilir. Bu zaman Batumi şəhəri, Botanika bağı, Uzun göl, Atatürk köşkü, Ayasofya müzeyi, Ayder yaylası, Fırtına dərəsi gəzintisi baş tutur.

interposta.info

2 ölkənin 4 şəhərində 7 gün dincəlmək –
2 ölkənin 4 şəhərində 7 gün dincəlmək –
2 ölkənin 4 şəhərində 7 gün dincəlmək –

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26