Interposta.Info

Bakı Beynəlxalq Avtovağzalı gücləndirilmiş iş rejiminə keçir

Müxtəlif
 21-06-2017, 12:05     726

Bakı Beynəlxalq Avtovağzalı (BBA) Ramazan bayramı ilə əlaqədar iş qrafikində dəyişiklik edib. BBA-nın mətbuat xidmətindən "Report"a daxil olan məlumata görə, iyunun 23-dən 28-dək Avtovağzal gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Bayram günlərində yarana biləcək sərnişin axınının qarşısını almaq və kompleksin ahəngdar işləməsini təmin etmək məqsədi ilə həmin günlərdə 200 ehtiyat avtobusun ayrılması nəzərdə tutulub. Qeyd edək ki, adi günlərdə 300-330 reyslə 7,5-8 min sərnişin daşınması həyata keçirildiyi halda bayram günlərində təxminən 500-dən yuxarı reyslə 16 mindən çox sərnişin daşınması gözlənilir.

Bayram günlərində müşahidə olunacaq sıxlığı nəzərə alaraq, BBA həmin tarixlərdə regionlara səfər edəcək sərnişinlərə biletləri bir neçə gün əvvəl almağı tövsiyə edir. Belə ki, 10 gün əvvəldən təyin olunmuş bütün qrafik üzrə bilet satışı həyata keçirilir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26