Interposta.Info

Nazirlik tapşırıq verdi: borclulara bayram güzəşti

Ölkə
 27-12-2018, 11:25     10 464

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı günlərində əhalinin nəqliyyat, telekommunikasiya, o cümlədən internet, mobil rabitə xidmətləri, radio-televiziya yayımı ilə keyfiyyətli, fasiləsiz şəkildə təmin edilməsinə dair strukturuna daxil olan və strukturuna daxil olmayan tabeliyindəki qurumlara, həmçinin digər telekommunikasiya operatorlarına müvafiq tapşırıqlar verib.

İnterPosta.info
-nun məlumatına görə, nazirlikdən axar.az-a bildirilib ki, bayram ərəfəsində və bayram günlərində sabit telefonların fasiləsiz işinin təmin edilməsi məqsədi ilə rabitə xidmətləri borclarına və digər səbəblərə görə telefonların şəbəkədən açılmaması, daxil olan müraciətlərə həssaslıqla yanaşılaraq operativ tədbir görülməsi nəzərdə tutulur.

Nazirlik onu da qeyd edib ki, bayram günlərində məsul növbətçilər təşkil edilməklə nəqliyyat, telekommunikasiya xidmətlərinin, radio-televiziya yayımının fasiləsiz və keyfiyyətli işinin təmin edilməsi, kabel və xətt zədələnmələrinin operativ aradan qaldırılması, poçt şöbələrinin iş rejiminin tənzimləyici qrafik üzrə qurulması, profilaktik, tikinti-quraşdırma işlərinin dayandırılması, rabitə obyektlərinin mühafizəsinin gücləndirilməsi üzrə müvafiq tədbirlər görüləcək.

Bununla yanaşı, şəhərlərarası nəqliyyatın, Bakı Beynəlxalq Avtovağzalının bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyəti təmin ediləcəyi, sərnişin sıxlığı yaranarsa, lazımi sayda əlavə avtobus xəttə buraxılacağı bildirilib.

Nazirlik vətəndaşlardan rastlaşdıqları istənilən problemlə bağlı “1655” saylı “Qaynar xətt”lə əlaqə saxlamalarını xahiş edib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26