Interposta.Info

Erməni qadın ordudakı durumdan dəhşətə gəldi

Müxtəlif
 16-06-2017, 07:26     714

Ermənistanda sosial şəbəkə istifadəçisi Sonya Q. adlı əsgər anası statusunda bölüşdüyü paylaşımla bu ölkənin əsgər anaları da daxil olmaqla, bütün ictimaiyyəti növbəti dəfə məyus edib.

interposta.info
"Report"a istinadən xəbər verir ki, işğal olunmuş Qarabağda hərbi xidmət keçən oğlu Volodya ilə görüşdən qayıdan ana hərbi hissədə gördüklərindən dəhşətə gəldiyini ürək ağrısı ilə başqa valideynlərə bölüşüb.

Qadın hərbi hissədə sosial şəraitin bərbad vəziyyətindən, yeməyin keyfiyyətsiz olmasından, əsgərlərin geyimindən, onların xarici görünüşündən, bəzilərinin müxtəlif xəstəliklərdən əziyyət çəkdiyindən, hətta zabit ailələrinin dözülməz vəziyyətdə yaşamasından, baş verən haqsızlıqlardan və hərbi hissədəki intizamsızlıq da daxil olmaqla, bir çox məsələlərdən danışıb.

Sonya Q. sonda “Vəziyyət həddən artıq acınacaqlıdır. Övladımın sağlam və salamat qayıtması ailəmiz üçün böyük bir möcüzə olacaq” – deyə yazıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26