Interposta.Info

​Doğmalıq hisslərimizdən yapışan laqeydliklər

Müxtəlif
 14-06-2017, 00:21     526


(Duyğusal hisslər 2)
Bizim biri-birimizə qarşı göstərdiyimiz və içimizdə “boş ver”deyib keçdiyimiz bəzən xırda,bəzən də böyük olan laqeydliklər,biri-birimizə qarşı olan doğmalıq hisslərindən yapışaraq amansızcasına təhlükəyə tərəf sürükləyir.

Başqa sözlə desək, lənətlənmiş Yezid İbn Müaviyyə, İmam Hüseyn Əlehissalamı və onun tərəfdarlarını susuz qoyduğu kimi,bu laqeydliklər də,doğmalıq hisslərimizin sanki yolunu bağlayaraq çətinliklə inkişaf etməsinə şərait yaradır.

Laqeydlik elə bir yola bənzəyir ki,bu yolda kimisi xırda,kimisi də böyük addımlarla irəliləyir. Xırda addımlarla irəliləyib geri çəkilməyi düşünənlər doğmalıq hisslərini qorumağı bacaranlar,böyük addımlarla irəliləyənlər isə,bu hissləri təhlükəyə,çox vaxt isə məhvə aparanlar olur.

Təəssüf ki,əksəriyyətijmiz həm yaratdığımız bu təhlükəyə,həm də bu təhlükə zamanı yaşanılan ağrılara biganəyik. Mən bu təhlükəyə düşən insanların ağrılı-acılı qəlb yuvalarından öpür,onlara allahdan səbr diləyirəm. Bizi bu həyatda sevənlər çox ola bilər,amma bəhs etdiyim bu təhlükəni dəf etmək üçün çalışanlar çox azdır. Çalışanlara da əhəmiyyət verənlər ondan da azdır.

Bizim çox sevdiyimiz insanlar arasında elələri də var ki,onlar bizi incitdiyi zaman onların bizi incitməyi bizi bir o qədər də narahat etmir .Bizi ən çox narahat edən odur ki,bu incidilmək onların bizim qəlbimizə saldığı şirinlikdən bir anlıq ayıraraq bizi qəmgin edir. .Bu isə incidilməkdən də pisdir.

Əgər həmin insanlar bu şirinliyi toxunulmaz saxlayarlarsa,biz onların qəzəbdən dönmüş üzünü mehriban üzdən üstün tutub,onlardan qədərində olmaq şərti ilə mehribanlığı qədər gözəl olan sərtlik görməyi arzu edərdik. Bu sərtlik bizə qismət olduğu zaman biz həmin insanlara təşəkkür əlaməti olaraq belə deyərik:

-Bu bizim həvəslə udulmağa layiq bildiyimiz və məhrum qaldığımız üçün təəssüf hissi keçirdiyimiz sərtlik idi. Bu sərtlik üçün çox sağolun.

Mən bu şirinliyi qəlbimə salan və bu şirinliyi toxunulmaz saxlamaq istəyən insanla belə bir xoş anlar yaşamaq istərdim:

Təsəvvür edin ki, mən bir neçə nəfərlə əyləşib həmin insanla söhbət edirəm. Mən bu söhbət əsnasında həmin yoldaşlarımdan üzr istəyib,həmin insanı kənara çəkib ona mehribancasına deyirəm:

-Sən mənim qəlbimdə səni əvəz edən bir şirinlik qoymusan. Ona görə də,mən istərdim ki,həmin yoldaşlar inciməsin deyə məndən narahat olmayıb onlarla daha çox ünsiyyət qurasan.

. Bəzi insanların qəlbimizi sındırdıqdan sonra keçirdiyi narahatlıq hissi bilirsinizmi nəyə bənzəyir?Sanki soyuq bir otaqda əyləşmişik və bu otaqda çox cüzi bir istilik var. Bu cüzi istilik isə bədənimizin bir hissəsini çox güclə isidir. Həmin insanların keçirdiyi narahatçılıq hissi həmin cüzi istiliyə bənzəyir.

Bizim əksəriyyətimizin qəlbində olan mərhəmət hissi seyflərlə dolu pulu olub,lakin ağzını açmağa çox az meyl göstərən bəzi varlıların halına bənzəyir ki, ,bu pullar ancaq yüksək təbəqəli insanlar üçün xərclənir.

Bizi özlərinə bağlayan bəz i insanların sonradan geri çəkilməyi bilirsinizmi nəyə bənzəyir? Sanki qarşımıza yemək üçün içi dadlı yeməklə dolu bir boşqab qoyulub. Biz bu dadlı yeməyi çox ləzzətlə yediyimiz zaman sanki bizi özünə bağlayan insan həmin boş qabı götürüb çox güclü bir zərbə ilə yerə çırpır. Boşqab da məhv olur,həmin dadlı yeməkdə.

Həyatımızda elə insanlar var ki,onları yararsız bildiyimiz üçün,daş kimi asanlıqla kənara atmağı bacarırıq.Ancaq elələri də var ki,uzun illər aramızda olduqca dadlı yeməyə bənzəyən mehriban bir münasibət olduğu üçün,onlardan hər hansı bir mənəvi zərbə alarkən onları daş kimi deyil,təəssüflənərək kənara atırıq. Elə insanlar da va r ki,öz gözəl və isti münasibətləri ilə qəlbimizdə sanki isti bir ocaq qalayırlar. Biz onlardan ayrıldıqdan sonra bu alovun şölələri qəlbimizə yayılaraq bizə daha da rahatlıq bəxş edir. Var olsun belə insanlar!

Bir anlıq təsəvvür edək ki,hər hansı bir hərbi hissə komandiri düşmən mövqelərini nəzarətdə saxlayan əsgərlər i yoxlamaq üçün gəlir və orada kiçik bir mövqeni nəzarətsiz görür. Vətənini ,xalqın ı sevən və düşünən komandir,şübhəsiz ki,baş verən cüzi məsuliyyətsizliyi həmin anda aradan qaldıracaq. Çox yaxşı olardı ki,biri-birimizə qarşı olan doğmalıq hisslərini qorumaq üçün,sözün məcazi mənasında qəlbimizdə bir səngər yaradıb və b u səngərin hər bir qarışın ı nəzarət altına alaq ki,şeytani laqeydliklər bu hisslərə hücum etdiyi zaman biz bu doğmalıq hisslərini qorumağı bacaraq.

Hər bir insanın yaxşı işi,yaxşı əməli ona qarşı olan doğmalıq hissini qorumaq üçün uca allahdan sonra böyük bir gözətçi qüvvəsinə çevrilir.Sizə ən böyük arzum odur ki,yeni-yeni insani keyfiyyətlərinizlə bu gözətçi qüvvələrinin sayını sizi sevənlərin qəlbində daha da artırasınız.

Sözümün sonunda,sizi bu yazı və onun müəllifinə dəyər verməkdən daha çox,bu umövzu ətrafında düşünüb bir olmağa çağırıram.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26