Interposta.Info

İşlənmiş telefon alarkən

Müxtəlif
 6-06-2017, 12:06     628

Bakıda telefon dükanlarının birindən ikinci əl telefon alan şəxsin aldığı telefon oğurluq çıxıb.
“28 May” metrosu yaxınlığındakı dükanlardan birindən 310 manata telefon alaraq qayınatasına hədiyyə edən şəxsə polisdən zəng gəlib ki, telefon oğurluqdur. Çox çəkməyib ki, həmin telefon vətəndaşdan alınıb. İndi həmin şəxs bir aylıq zəmanət kartı ilə pulunu mağazadan ala bilmir.
Mağazanın sahibi Cavid Mövsümov bildirib ki, telefonu bir nəfərdən şəxsiyyət vəsiqəsinin sürəti ilə alıblar. Onun oğurluq olmasından xəbərləri olmayıb.
Hadisə ilə bağlı Dəmir Yolu Nəqliyyatında Polis idarəsində araşdırma aparılır./publika.az

interposta.info bildirir ki, ətraflı materialı təqdim edirik:

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26