Interposta.Info

Terror təkşilatının qadın kölələrindən dəhşətli etiraflar

Müxtəlif
 27-05-2017, 09:06     469

Somalidə fəaliyyət göstərən "Eş-Şabab" terror təşkilatının qaçırdığı, təcavüz etdiyi və meşədə əsir saxladığı qadınların başına gələn dəhşətlər üzə çıxıb.

Kenyalı Salma Əli itən iki qardaşının izinə düşüb və iki qorxunc gerçəklə qarşılaşıb. Məlum olub ki, qardaşları "Eş-Şabab" terrorçularına qoşulmaq üçün qonşu ölkə Somaliyə keçib. Salma qardaşlarını tapmaq üçün araşdırmalarını səssiz və gizli şəkildə aparmalı idi. Əks halda, hüquq-mühafizə orqanları onun "Əl-Qaidə"nin bir qolu olan "Eş-Şabab"la əlaqələrindən şübhələnə bilərdi.

Terror təkşilatının qadın kölələrindən dəhşətli etiraflar


O, əvvəlcə Mombasa bölgəsi və yaxınlarında gizli şəkildə kişi yaxınları itmiş qadınlarla görüşərək bilgi toplamağa başlayır. Bu zaman özü kimi bir çox qadanın olduğunu görür. Salma həmçinin öyrənir ki, qadınlar gizli şəkildə Somaliyə aparılır və seks köləsi kimi istifadə edilir.

"Hər gecə 2-3 kişi gəlib təcavüz edirdi"

Gənc, yaşlı, xristian və müsəlman, Mombasa və Kenyanın mərhəd bölgələrindəki digər ərazilərdən yüksək maaşlı iş vədi ilə aldadılan qadınlar Somaliyə qaçrılır.

Psixoloji dəstək vermək üçün təhsil alan Salama ötən ilin sentyabrında terrorçuların əlindən qurtulmuş qadınlar üçün dəstək qrupu qurub. Bundan xəbər tutan bir çox qadın Salmanın qrupuna qoşulur. Bəziləri uşaqları, bəziləri yoluxduqları QİÇS virusu, bəziləri də psixoloji problemləri ilə...
Terror təkşilatının qadın kölələrindən dəhşətli etiraflar


Onlar "Eş-Şabab" tərəfdarı olduqları düşünüləcək deyə danışmaq istəmirlər. Amma BBC-nin əməkdaşı pərdələrin bağlandığı qaranlıq bir otaqda onlarla biraraya gəlib.

Biri "Gəlib bizə təcavüz edirdilər. Saylarını belə xatırlamıram. 3 il ərzində hamısı mənə təcavü etdi" deyir.

Başqa biri daha dəhşətli etiraflar edir: "Axşamlar hər qadın üçün 2-3 kişi gətirirdilər. Bizə dəfələrlə təcavüz edirdilər".

Bəzi qadınlar "Eş-Şabab" üzvlərinin arvadı olmağa məcbur edilir, bəziləri seks köləsi kimi fahişəxanalarda saxlanırmış.
Terror təkşilatının qadın kölələrindən dəhşətli etiraflar


"Dərman qatılmış su içirtdilər"

"Eş-Şabab" Somalidə şərait qanunlarının tətbiq olunduğu bir İslam dövləti qurmağa çalışır. Afrika Birliyi güclərinin bir parçası olan qonşu ölkələr isə terror təşkilatına qarşı birlikdə mübarizə aparır. Kenya ordusuda Somali sərhəddindəki Boni meşələrində təşkilatla döyüşür.

BBC-nin danışdığı 20-dən artıq qadın bir meşədə əsir saxlandıqlarını anladırlar. Həmin yerin isə Boni meşəsi olduğu ehtimal edilir.

Salamanın qurduğu qrupun yeni üzvü Faith terrorçuların əlindən yenicə qaçıb. O, 16 yaşında olarkən Malindi bölgəsində iş təklifi alır. Təklifi qəbul edən qadın səhəri günü 14 nəfərlə bir avtobua mindirilərək aparılır. Yolda qadınlara içinə dərman qatılmış su içirdiblər.

"Özümüzə gələndə bir otağın içində iki adam var idi. Qara bezlərlə gözlərimizi qapadılar, hamımıza təcavüz etdilər" deyir Faith.

Yenidən dərmanlı su verilən Faith qaranlıq bir meşədə gözlərini açıb. Qaçmağa çalışarsa öldürəcəklərini deyiblər ona.
Terror təkşilatının qadın kölələrindən dəhşətli etiraflar


"Uşağımı təkbaşına dünyaya gətirdim"

Qorxu içində keçirdiyi 3 il ərzində uzun saqqallı bir qrup somalili üçün yemək bişirməyə məcbur edilib. Təcavüzlərin sonunda hamilə qalan Faith uşağı meşədə təkbaşına dünyaya gətirməli olub: "Nənəm qadın doğumçusu idi. Bir az bilgim vardı. O meşədə hər şeyi təkbaşına etməli idim. Bu səbəbdən uşağı da təkbaşına dünyaya gətirdim".

Menəşədə bir bitki toplayıcısının çıxış yolunu göstərməsi sayəsində Faith ordan qaça bilib. Uşağı isə meşədə əynində paltar olmadan böyüyüb. Faith peşədə "bir heyvan kimi" yaşamağa alışdığını deyir.

Yeni terrorçular hazırlamaq üçün...

Qadınların bir çoxu terrorçuların əlində olduğu zaman uşaq dünyaya gətirib. Bir terrorçu ilə evləndirilən, sonra təşkilattan qaçan Sarah bunun təsadüf olmadığını bildirir. Onun sözlərinə görə, Somalidə yaşayanların təşkilata qoşulması çətin olduğundan yeni nəsil terrorçular hazırlamaq üçün xüsusi proqramlar hazırlanıb: "Təşkilata yeni qadınlar qoşmaq üçün kəndlərə gedən "Eş-Şabab" qadınları var. Militan sayını artırmaq üçün daha çox qadına ehtiyac duyurlar".

Sarah saxlandığı düşərgədə 300 qadından çoxunun kenyalı olduğunu bildirir.
Terror təkşilatının qadın kölələrindən dəhşətli etiraflar


"İstəyərək, ya da istəməyərək gedənhərkəs günahkar elan olunur"

Salama ailə üzvlərini itirənlərə də dəstək verir. Səudiyyə Ərəbistanında iş tapacağını sanaraq evi tərk edən bacısını itirən Elizabet də onlardan biridi.

Bacısı itəndən bir ay sonra Elizabetə zəng edərək Somalidəki bir "Eş-Şabab" düşərgəsində çətin vəziyyətdə olduğunu bildirib. Əlaqə kəsiləndən sonra bir daha bacısından xəbər ala bilməyib.

Kenyada Somalidən dönən militanlar üçün bir əfv proqramı var. Amma Kenyaya dönən bəzi militanlar ya bir anda yoxa çıxır, ya da vurularaq öldürülür.

QHT təmsilçisi Sureyya Hersi "İnsanlar hökumətdən qorxur. İstəyərək gedənlər də, istəməyərək gedənlər də günahkar elan edilir" deyir.

Qeyd edək ki, yazıdakı qadınların adları təhlükəsizlik səbəbindən dəyişdirilib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26