Interposta.Info

Hökumət binasına hücum: nazir öldürüldü

Dünya
 23-03-2019, 20:09     10 359

Somalinin paytaxtı Moqadişoda hökumət binasına hücum edilib.

Qaynarinfo xəbər verir ki, hücum nəticəsində deputat, əmək və sosial məsələlər nazirinin müavini Sakar İbrahim Abdalla öldürülüb.

Hücuma görə məsuliyyəti radikal "Eş-Şabab” qruplaşması özü üzərinə götürüb. Hüquq-mühafizə orqanları terror hücumu nəticəsində azı 10 nəfərin öldüyünü açıqlayıb.

Qeyd edək ki, bundan əvvəl Moqadişoda Milli Kəşfiyyat və Təhlükəsizlik Agentliyinin binasının yanında iki avtomobil partladılıb. Partlayışdan sonra silah səsləri eşidilib. Təhlükəsizlik əməkdaşları hadisənin detalları barədə məlumat verməyib. Bu partlayışları da "Eş-Şabab” həyata keçirib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26