DİN dəhşətli qəza ilə bağlı açıqlama yaydı

Daxili İşlər Nazirliyi Bakıda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb.
interposta.info xəbər verir ki, nazirlik mayın 25-də saat 21 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Bakı şəhər sakinləri Elçin Musayevin idarə etdiyi VAZ-2107, Azər Hüseynovun idarə etdiyi MAZ və Mehrab Musayevin idarə etdiyi “Mersedes” markalı avtomobillər toqquşduğunu açıqlayıb. Nəticədə E.Musayevin sərnişinlərindən paytaxt sakini Mikayıl Məmmədov hadisə yerində ölüb, özü və digər 2 sərnişini xəstəxanaya yerləşdiriliblər. Sərnişinlərdən R.Paşayev xəstəxanada ölüb, digərlərinin vəziyyətləri isə orta-ağırdır.
interposta.info bildirir ki, Qaradağ RPİ tərəfindən araşdırma aparılır.
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26