Interposta.Info

“Analar qızını imkanlı oğlana ərə vermək üçün…” -

Müxtəlif
 20-05-2017, 12:40     600

2 gün əvvəl Biləsuvar rayonunun Bəydili kəndində ailəsi tərəfindən məcburən öz xalası oğluna ərə verilən qızın intiharı xəbəri Azərbaycanda məcburi evliliklər problemini gündəmə gətirib.

interposta.info
xəbər verir ki, məsələ həm cəmiyyətdə, həm də sosial şəbəkələrdə müzakirə predmetinə çevrilib.

Bəziləri valideynlərin öz övladlarını zorla istəmədiyi şəxslə evləndirməsinə qarşı çıxsa da, digər qisim düşünür ki, insan hətta sevmədiyi biri ilə belə ailə qurubsa, taleyi ilə barışmalı və dözməlidir.

interposta.info xəbər verir ki, məsələ ilə bağlı BakiPost.az-a danışan millət vəkili Fazil Mustafa düşünür ki, məcburi evliliklərin əsas səbəbi gənclərin ailədən iqtisadi asılılığıdır. Onun sözlərinə görə, gənclər ailədən olan maddi asılılığı səbəbindən öz iradəsinə zidd qərarlara razı olur: "Uşağın valideyndən hədsiz dərəcədə asılı olması, özünü iqtisadi cəhətdən təmin edə bilməməsi valideyninin bəzən uyğun olmayana qərarlarına tabe olmasına gətirib çıxarır. Ona görə də ibtidai, orta məktəb təhsilindən başqa uşaqlara peşə təhsili kifayət qədər aşılanmalıdır. Maddi cəhətdən problemlərini ortadan qaldıra biləcək bir peşəyə sahib olan uşaq da düşünəcək ki, valideynin xoş olmayan iradəsinə zidd hərəkət etsə belə özünü ayaqda tutmağa qadirdir. Bunlar olmadıqda uşaqlar valideynin iradəsinə hədsiz dərəcədə tabe olmalı olur. Ailədə də cahillik hökm sürür, ata savadsız, ana savadsız, bəzi hallarda ümumi mədəni səviyyə də aşağı olur və uşağın iradəsinə zidd belə addımlar atılır”.

Qızların məcburən ərə verilməsi məsələsinə toxunan deputat vurğulayıb ki, ailələr bəzən qız övladlarını pula şirnikləndirirlər: "Məcburi ərə verilməkdən başqa bir problem də var. Valideyn qızını zəngin, imkanlı bir ailəyə ərə vermək üçün onu pula şirnikləndirir. Qız da razılaşır, eilə qurduqdan sonra məlum olur ki, həmin adam ya narkomandır, ya da hansısa dələduz. Bu formada ailə quraraq sonradan boşananların sayı daha çoxdur, nəinki məcbur ailə quranların. Buna görə də bu, təkcə zorla ərə verilmə problem deyil. Çoxşaxəlidir. Buna müəyyən dərəcədə səfərbər olmaq vacibdir”.

Deputat hesab edir ki, bu növ problemlər əsasən bölgələrdə üstünlük təşkil edir: "Burada kompleks problemlər mövcuddur. Ona görə də bunu bir tərəfli təhlil etmək çətindir. Bu məsələdə ciddi narahatlıq doğuran məsələlər var, xətlər var. Əsasən də bölgələrdə maarifçilik işləri gücləndirilməlidir, insanlara izah olunmalıdır ki, heç kimin iradəsini zorlamaq olmaz. Öz iradəsinə zidd addımlara təhrik eləmək olmaz. Bunları aradan qaldırmaq üçün ümumi mədəni səviyyənin artırılmasına ehtiyac var”.

Xatırladaq ki, 2 gün əvvəl Biləsuvar rayonunun Bəydili kəndində 4 ayın gəlini olan Abbasova Könül Sakit qızı özünü tavandan asaraq intihar edib. Onun ailəsi tərəfindən məcburən öz xalası oğluna ərə verildiyi qeyd olunur.

Məcbur ərə verilən qız özünü asdı - Bir kənddə ikinci yeni gəlin intiharı

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26