Interposta.Info

Müğənni və idmançılar cibgirlərlə əlaqəlidirlər...

Müxtəlif
 11-05-2017, 15:50     543

Elm və fikir adamları gündəlik bir tikə çörəklərinin qayğısını çəkirkən idmançı və müğənnilər efirdə milyonların söhbətin edirlər. Bir futbolçu komandasını dəyişməyə görə neçə milyon pul tələb edir. Bir müğənni 1 saat toyda oxumağa minlərlə manat alır. Günümüzün reallığı olan bu haqsızlıq və ədalətsizliyin səbəbi nədir?

Yadıma “Qurdlar vadisi” filmində müəlliminin Polad Ələmdara verdiyi bir nəsihət düşdü:

"Övladım, cibgirlər həmişə qrup halında fəaliyyət göstərirlər. Onlar əhalini bir yerə cəmləmək və başlarını qatmaq, fikirlərini yayındırmaq, ciblərini rahat soymaq üçün bir çox hallarda canbaz (kəndirbaz) oyunlarından istifadə edirlər.

Yəni, cibgirlər bir canbazla razılığa gələrək, məhəllələrdə onun konsertini təşkil edirlər. Qabaqcadan elanlar vuraraq, insanları ora cəmləyirlər ki, cibə girmək üçün əlverişli şərait yaransın.

Canbaz kəndirdə oynayan vaxtı cibgirlər meydandakı tamaşaçının yanında durub: "Abi-abi, canbaza bax, canbaza bax gör nələr edir? Allah-Allah..." Abi ağzını ayırıb canbaza baxarkən ciblərinin boşaldılmasından qətiyyən xəbəri olmur.

Cibgirlər bu qaydada tamaşaçıların ciblərini boşaldandan sonra biri bıçağı çıxarıb canbazın kəndirini aşağıdan kəsir. Qışqırıq düşür ki, “canbaz öldü-canbaz öldü”. Bu vaxt evlərdə gözətçi kimi oturan məhəllənin qoca sakinləri də “öldü” harayına küçəyə yüyürürlər və təbii ki, qapıları bağlamağı da unudurlar. Cibgirlər bundan istifadə edərək indi də evləri talamağa başlayırlar...

Övladım, yadında saxla ki, bugünki dövlət idarəçiləri həmin cibgirlərin siyasətini həyata keçirirlər. Yəni, insanların gözünü etdikləri cinayətlərdən yayındırmaq üçün hər gün televiziyalarda idman yarışları, müğənni yarışları, konsertlər, müxtəlif şoular təşkil edirlər. Ona baxan insanlar qəflət yuxusundan ayılmazlar və dövlət büdcəsinin talanmasından, xalqın cibinə girilməsindən xəbərsiz olarlar – canbaz oyununa baxan tamaşaçı kimi..."

Söz ardı: indi bildinizmi niyə dünyada ən çox qazanan və göz önündə olan idmançılar və müğənnilərdir?
Çünki, onlar "canbaz" funksiyasını yerinə yetirirlər və cibgirlərlə əlaqəli işləyirlər...
moderator.az/Paşa Yaqub – psixoloq

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26