Interposta.Info

Cibgirlər tanınmış jurnalistin pulunu oğurladı

Müxtəlif
 26-07-2017, 21:59     10 039

interposta.info xəbər verir ki, bu gün “Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Paşasoyun başına xoşagəlməz hadisə gəlib.

Belə ki, 40 saylı marşrut üzrə hərəkət edən sərnişin avtobusunda əməkdaşımızın cibindən 200 manat məbləğində bu gün aldığı maaşı oğurlanıb.

interposta.info bildirir ki, hadisə ilə bağlı musavat.com-a məlumat verən Elşad Paşasoy bildirib ki, yanında əyləşən şəxsin onun cibindəki pulu götürdüyünə əmindir.

O, bildirib ki, hadisə ilə bağlı 40 saylı marşrut avtobusunun sürücüsünə müraciət edib. Ancaq sürücü bildirib ki, onun bununla əlaqədar heç bir məlumatı yoxdur.

Əməkdaşımız baş verən oğurluq hadisəsi ilə bağlı hüquq-mühafizə orqanlarına rəsmi qaydada şikayət edəcəyini bildirib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26