Interposta.Info

Deputatdan çağırış:

Müxtəlif
 25-04-2017, 14:00     2 179

“Hazırda yollarımızda 60-cı illərdə istehsal olunmuş avtomobillərdən istifadə olunur. Hərdən mən hər tərəfi çürük, işıqları yanmayan, qara tüstü buraxan maşınları görəndə düşünürəm ki, bunlar texniki baxışdan necə keçib?”

Deputat Elmira Axundova bu fikirləri Milli Məclisdə müzakirəyə çıxarılan “Yol hərəkəti haqqında” qanunun müzakirəsi zamanı deyib. Millət vəkili elə bu günlərdə “Zığ” yolunda 3 nəfərin ölümü ilə nəticələnən hadisənin də məhz sovet istehsalı olan avtomobillə törədildiyini xatırladaraq bildirdi ki, ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin əksəriyyəti məhz belə maşınlarla törədilir.

2017-ci ilin ilk rübündə törədilən 140 yol nəqliyyat hadisəsi nəticəsində 40 nəfərin öldüyünü, 150-yə yaxın insanın yaralandığını deyən E.Axundova vaxtilə səsləndirdiyi təklifi xatırlatdı: “Biz də Rusiya və başqa ölkələr kimi, köhnə avtomobilləri vətəndaşlardan alaq. Dövlət orqanları bunun müqabilində vətəndaşlara vəsait, ya da çek versinlər, bunun qarşılığında Gəncə, yaxud Naxçıvan istehsalı olan maşınları ala bilsinlər. Müvafiq qurumlardan xahiş edirəm, bu maşınlar texniki baxışdan keçirilməsinlər. Əks təqdirdə yollarımızdakı əsl qətliam davam edəcək”./musavat.com

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26