Interposta.Info

Xəzərə batan daha bir neftçinin meyitinin

Müxtəlif
 8-04-2017, 14:45     492

Azərbaycan Prezidentinin "Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azneft" İstehsalat Birliyinin neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında" 16 dekabr 2016-cı il tarixli sərəncamına əsasən, Dövlət Dəniz Administrasiyasının Gəmilərin Hərəkətinin İdarə olunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Qərargahdan "Report"a bildirlib ki, həyata keçirilən axtarış-xilas etmə əməliyyatları nəticəsində aprelin 6-sı aşkar edilən kişi meyitinin "Azneft" İB-nin N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin 1 saylı neft-qazçıxarma sahəsində əmtəə operatoru vəzifəsində çalışmış 1971-ci il təvəllüdlü Azay Hacıbala oğlu Zülfüqarova məxsus olduğu müəyyən edilib.

Mərhumun meyiti ailəsinə təhvil veriləcək.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26