Interposta.Info

Bu proqramları telefona yükləyərək istənilən adamı izləyə bilərsiniz –

Müxtəlif
 30-03-2017, 17:32     1 028

interposta.info bildirir ki, ARB TV-nin “Günə doğru” verilişində mobil telefonların izləmə qurğusuna çevrilməsi məsələsinə toxunulub.

Texnologiya inkişaf edir. Bundan məmnun qalanlar çox olsa da narazılar da az deyil. Texnologiyanın inkişafıyla xüsusilə mobil telefonlara yazılan bəzi proqramlar var ki, onların vasitəsilə telefon telefonla danışdığın insanın yerini təyin etmək mümkündür:

Bu texnoloji yenilik kimi nə qədər yaxşı olsa da vətəndaşlar bundan məmnun deyil:

Cahid İsmayıloğlu (İT mütəxəssis) : "Həmin əməliyyat sistemlərində olan navigatorlar naviqator sistemləri ilə birbaşa olaraq əlaqəyə keçir, sizin harada olmanızla bağlı məlumatı ikinci-üçüncü şəxslərlə paylaşır".

Ekspertlər bildirir ki, bunun qarşısını almaq üçün istifadə olunan mobil qurğunun naviqator sistemini söndürmək kifayətdir. Digər bir proqram vasitəsilə isə telefona gələn və kontaktda olmayan nömrənin sahibini təyin etmək olur. Ekspertlər bildirir ki, bu proqramı mobil telefonuna yükləyən şəxslər digər proqram istifadəçilərinin kontaktını bilmiş olur.

Elçin Məmmədov da bu tip proqramların belə rahatlıqla yayılmasının tərəfdarı deyil. O hesab edir ki, konfedensiallıq qaydalarına mütləq əməl edilməlidir: "Sizin kontakt listinizdə varsa, həmin o şəxslərdə yoxdursa, servere uploud olunduğu zaman həmin şəxslərdə sizin listənizdəki adlar göstərir".


Zəruri bir qeydi nəzərinizə çatdıraq ki, internetə çıxışı olan hər bir qurğunun yaddaşındakı məlumatların yayılmamasına heç bir zəmanət yoxdur. Bəziləri antivirus proqramları ilə bunun qarşısını almağa çalışsa da bu mümkün deyil. Çünki antivirus proqramları istifadə edilən qurğunu yalnız viruslardan qoruya bilər.

Ekspertlər çıxış yolu da göstərir. Çətin olsa da bu, insanların öz əlindədir. Maksimum dərəcədə diqqətli olmaq lazımdır.

Orxan Əhmədov (İKT mütəxəssis) : "Proqram yükləyib quraşdıranda şərtlər orada qeyd olunur. İnsanlar yaxşı olar ki, yükləyən zaman şərtləri oxusunlar. Şəxsi məlumatların kənara axının qarşısını almaq üçün əlindən gələn edilməlidir.

Bax belə. Texnologiyanın inkişafı yaxşı haldır. Amma çalışaq ki, bu inkişafdan xeyrimizə istifadə edə bilək.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26