Interposta.Info

Kişilər, ağlayın… tez ölmək istəmirsizsə… -

Müxtəlif
 30-03-2017, 07:32     556

Kişilər daha çox daxilində ağlayır.

Bunu psixoloq Elnur Rüstəmov Axar.az-a kişilərin ağlaması haqda danışarkən deyib. Onun sözlərinə görə, kişilərin əksəriyyəti özlərinə yaraşdırmadığı üçün hislərini gizli saxlayırlar.

“Məşhur mahnının sözlərində deyilir ki: Kişilər ağlamaz! Reallıq isə bunun əksini göstərir. Kişilər bəlkə də qadınlara nisbətən daha çox ağlayır. Fərq isə kişilərin adam yanında yox, təklikdə ağlamasıdır. Kişilər ağlayarkən bunu kiminsə görməyini istəmir. “Kişi ağlamaz”, “kişi dərdini bildirməz”, “kişi içində ağlayar” sözləri fonunda olan qadağalar həmişə mövcüddur.

Bu hal daha çox temperament və xarakterlə, yaşanmış olaylarla bağlıdır. Spirtli içkilərdən istifadə edən insanlarda, yaxınını, doğmalarını itirmiş şəxslərdə ağlamaq halları daha çox müşahidə olunur. Bu insanlar daha kövrək və duyğusal olurlar. Qadınlar kişilərə nisbətən duyğusal olduqlarına görə, hər hansı məsələyə daha çox emosional yanaşırlar. Kişilər isə bunu daha çox məntiqlə həll etməyə çalışırlar.

İnsan ağlayarkən mənəvi cəhətdən rahatlaşır. Əks halda bu, ürək-damar siteminin fəaliyyətinə mənfi təsir göstərir və bəlli bir yaşdan sonra infartkta səbəb olur”.

Qeyd edək ki, qadınların kişilərə nisbətən çox yaşaması həm də bununla izah olunur.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26