Interposta.Info

Latviyada qadınlar kişilərə nisbətən 10 il daha uzun ömür sürürlər

Ölkə
 10-03-2020, 14:46     350

Latviya sakinlərinin 54 faizini qadınlar təşkil edir. Bu, Avropa İttifaqı (Aİ) ölkələri arasında ən yüksək göstəricidir. Latviya qadınları orta hesabla kişilərə nisbətən 10 il daha uzun ömür sürürlər.

AZƏRTAC xəbər verir ki, bu barədə Latviya Mərkəzi Statistika İdarəsi (MSİ) məlumat yayıb.

MSİ məlumatına əsasən, 2018-ci ildə aparılan sorğunun nəticələrinə görə, kişilərin 52 faizi fiziki vəziyyətlərini “yaxşı” və “çox yaxşı” kimi dəyərləndiriblər. Qadınlar arasında isə nikbinlər 9 faiz azlıq təşkil edir (43 faiz).

Latviyada qadınlar orta hesabla 79,3 il, kişilər isə cəmi 69,2 il ömür sürürlər.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26