Interposta.Info

Mövlud,

Müxtəlif
 16-03-2017, 15:04     900

İntihar xəbərlərini oxuyanda, eşidəndə bilirsiz həmişə nə fikirləşmişəm?! Keşkə o adamı tanıyaydım: danışardım, fikrindən daşındırardım, canına qıymağa qoymazdım... Yalvarardım, deyərdim, problemin hər nədirsə, gəl birlikdə çözək, çıxış yolu axtaraq, mütləq bir yol bularıq, yetər ki, ölmə, özünü öldürmə.

İndi sən işə bax ki, bir addımlığımda intihar baş verib, fərqində olmamışam…

Özümü günahkar sayıram, Mövlud, bütün dünyanı günahkar sayıram…

Keşkə, bunu etməyəydin… Keşkə, dözəydin… Kömək istəyəydin…

Vallah da, billah da, əlini buraxmazdıq…

Bütün ailən sənə diqqətsizlik göstərdi, görməzlikdən gəldilər, qürur duymalıykən sənin kimi bir oğulu taleyin ixtiyarına buraxdılar… Səni öldürdülər!

Səni intihara sürükləyən hər şeyə, hər kəsə, mentalitetə, məişətə, hikkəyə, mənəm-mənəmliyə, dikbaşlığa… nifrət edirəm!

Keşkə sən sag olaydın indi, yanımızda olaydın, koridorun başından səsin gələydi, zarafatlarına gülüşən qızların səsi gələydi…/axar.az

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26