Interposta.Info

Bakı metropolitenində HƏYƏCAN:

Müxtəlif
 15-03-2017, 21:10     598

Metronun "Gənlik" və "28 May" stansiyaları arasında tuneldə tüstüləmə müşahidə olunub.

Musavat.com xəbər verir ki, bununla əlaqədar olaraq "Gənclik" və "28 May" stansiyasının qarşısına yanğın söndürən maşın və təcili tibbi yardım çağırılıb.

Məsələ ilə bağlı musavat.com-a məlumat verən "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, tuneldə tüstüləmə olsa da qatarların hərəkətində problem yoxdur:

"Tüstünün baş vermə səbəbi araşdırılır. Hər ehtimala qarşı yanğın söndürən maşın da çağırmışıq. Lakin qeyd etdiyim kimi hərəkətdə problem yaranmayıb və yanğın yoxdur. Ola bilər ki, hansısa kabeldə problem yaranıb".

Onu da qeyd edək ki, tüstü səbəbindən bəzi sərnişinlər özlərini pis hiss ediblər. Hazırda onlara tibbi yardım göstərilir. Bəzi sərnişinlər isə təcili olaraq xəstəxanaya çatdırılıb.Musavat.com

 

interposta.info

 
 
 
 
 
 
 
00:25
00:43
 
 
 

 

.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26