Interposta.Info

Şamaxıda sərnişinlər dayanacaq üzünə həsrə qalıb –

Müxtəlif
 13-03-2017, 20:55     548

Dayanacaq problemi paytaxtla yanaşı, bölgələrin də probleminə çevrilib.

ARB Şəki xəbər verir ki, Şamaxıdakı 20-ə yaxın dayanacağın yalnız adı qalıb.

Şəhərdaxili ictimai nəqliyyatdan istifadə edən sərnişinlər dayanacaq üzünə həsrət qalıb. Şamaxının mərkəzi küçələrindəki dayanacaqların vəziyyəti heç də ürək açan deyil.

Soyuq havalarda sakinlər dörd tərəfi də dağılmış dayanacaqlarda qızınmağa çalışırlar. Dincəlmək üçün nəzərədə tutulan oturacaqlardan isə söhbət gedə bilməz. Digər bir problem isə dayancaqların zibilliyə çevrilməsi ilə bağlıdır.
Burada ağcaqanad əlindən tərpənmək mümkün deyil.

Dayanacaqların bu vəziyyətdə olmasına münasibət bildirən Şamaxı şəhər icra nümayəndəliliyi isə günahı sakinlərin özlərində görür. "Dayanacaqlar hər 6 aydan bir təmir olunur. Bizdə olan məlumatlara görə, axşamlar dayancaqlara qənim kəsilən xüsusi insanlar var" .

 interposta.info

 



Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26