Interposta.Info

Köhnə avtovağzal havada qalıb -

Paradoks
 7-07-2017, 14:41     942

Paytaxtın 3-cü mikrorayon dairəsində yerləşən köhnə avtovağzal illərdir ki, cərimə və dayanacaq meydançasına çevrilib.

BakuPost.az-ın məlumatına görə, hazırda köhnə avtovağzalın ərazisində "London” taksiləri və yol polis əməkdaşları tərəfindən cərimə meydançasına aparılan avtomobillər saxlanır.

Əvvəllər Nəqliyyat Nazirliyinin balansında olan massiv qurumun ləğvindən sonra qeyri-müəyyən vəziyyətdə qalıb. O zaman nazirlikdən deyilirdi ki, avtovağzal Bakı Şəhər İcra Hakimiyyətinin balansına verilib.

Amma meriya həmin yerdən imtina edərək onlara aid olmadığını bildirmişdi. Hətta belə məlumatlar var idi ki, avtovağzalın yerində yeni binalar inşa olunacaq.

Avtovağzalın köçürülməsindən təxminən 6 ilə yaxın zaman keçsə də, bu massiv havada qalıb. Ona görə də ərazi dayanacaq və cərimə meydançası kimi istifadə olunur.

Yada salaq ki, bir neçə il qabaq keçmiş Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənov ərazini BŞİH-ə təhvil verdiklərini demişdi. BŞİH-in mətbuat xidməti təkzib edərək Nəsimi Rayon İcra Hakimiyyətinin məlumatlı olacağını söyləmişdi.

Nəsimi RİH-dən deyilmişdi ki, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə verilib və hərraca çıxarılmalıdır. Komitədən isə bu məlumat da təkzib edilmişdi.
Beləcə, avtovağzal 2011-dən havada qalıb və cərimə meydançasına çevrilib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26