Interposta.Info

Bakı-Sumqayıt yolundakı qəza ilə bağlı

Müxtəlif
 9-03-2017, 18:09     928

Bakı-Sumqayıt yolundakı qəza ilə bağlı

Bakı-Sumqayıt yolunda 5 nəfərin həlak olduğu, 20 nəfərin isə yaralandığı ağır qəzanın əlavə detalları məlum olub.
interposta.info bildirir ki, hadisə şahidlərinin Sputnik Azərbaycan-a bildirdiklərinə görə, Sumqayıt Dövlət Universitetinin tələbələrini daşıyan "Ford Tranzit" markalı avtomobilin arxası ilə, bu ali təhsil müəssisəsinin dekanı (adı çəkilmir) öz maşınında gedirmiş.


Mikroavtobus arxadan yol kənarında dayanmış yük maşınına çırpılanda dekan maşınını saxlayıb. Dekan bu anda hələ avtobusda öz tələbələrinin olduğunu bilmirmiş.
Yaxına gələndə isə o, yaralıların çoxluğundan dəhşətə gəlib. Həmin məqamda hələ heç kəs ölməyibmiş. Zərərçəkənlərin öz tələbələri olduğunu görəndə dekan daha böyük şok yaşayıb. Bir neçə dəqiqədən sonra isə tələbələrdən ikisi dekanın gözləri qarşısında keçinib.

Hadisə şahidlərinin sözlərinə görə, mikroavtobus sürücüsü sürət həddini aşıb. Həmçinin məlum olub ki, avtobusun sürücüsü tələbələrlə razılaşmaya görə, hər gün onları Bakıdan Sumqayıta aparırmış.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26