Interposta.Info

Mərci uduzan jurnalist qəzet yedi -

Müxtəlif
 19-02-2017, 07:26     525

Mərci uduzan jurnalist qəzet yedi -


interposta.info Moderator.az-a istinadən xəbər verir ki, Belarusda tutduğu xokkey komandası ilə bağlı mərci uduzan idman jurnalisti Viaseçlav Fedorenkov verdiyi sözə əməl eərək qəzet yeyib.

Belarusun ən böyük idman qəzetlərindən Pressballun jurnalisti Viaseçlav Fedorenkov Belarus komandası Dinamo Minskin başlıca olaraq Rus komandalarının yarışdığı Kontinental Xokkey Liqasında play-off-a qalmayacağını iddia edib. Əks təqdirdə əlindəki qəzeti yeyəcəyinə söz verib.
Komanda qələbə çaldıqdan sonra Fedorenkov Minsk Arena idman sarayında jurnalistlərin gözü qarşısında şorba və kolayla yanaşı öz qəzetinin səhifələrini yeyib.

Şorbanın bitməsinə gğrə səhifələrin ancaq yarısını yeyən Fedorenkov "Komandam üçün hər şeyi edərəm. Amma bundan sonra bir mərcə girrkən iki dəfə düşünəcəyəm. Əsla siz belə sözlər verməyin, çünki yerinə yetirmək asan deyil" deyib.

Dinamo Minsk komandasının texniki direktoru Kreyq Woodcroft Fedorenkova qəzeti yeməsi üçün təzyiq etmədiklərini, ancaq jurnalistin cəhdini alqışladığını deyib.

interposta.info

Mərci uduzan jurnalist qəzet yedi -

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26