Interposta.Info

"Heç bir qüvvə Türkiyə ilə razılaşdırılmamış siyasət həyata keçirə bilməz" —

Müxtəlif
 14-02-2017, 13:07     837

"Heç bir qüvvə Türkiyə ilə razılaşdırılmamış siyasət həyata keçirə bilməz" —

Ağ Evin milli təhlükəsizlik müşaviri Maykl Flinn istefa verib

Maykl Flinn "çuvalçı general" kimi tanınır. Bundan əlavə Maykl Flinn "Fətullah Güləni heç vaxt ekstradisiya etməyəcəyik" deyərək Türkiyə və ABŞ arasında gərginliyə səbəb olmuşdu. Bəzi ekspertlər iddia edir ki, Maykl Flinnin istefasının əsas səbəblərindən biri ABŞ-ın Türkiyə ilə münasibətləri yaxşılaşdırmaq istəyi olub.


Ancaq Ağ Evdən verilən məlumata görə, milli təhlükəsizlik müşavirinin istefasına səbəb Rusiyanın Vaşinqtondakı səfiri Sergey İvanoviç Kislyak ilə telefonla danışığı olub.

interposta.info xəbər verir ki, baş verən hadisə ilə bağlı politoloq Adıgözəl Məmmədov "Ölkə.Az"-a danışıb:

"İmporativ düşüncə tərzinə məxsus olan dövlətin müəyyən şəxslərinin baxış bucaqları təzyiqedici olur. Faktiki olaraq bütün imperiyaların siyasi fiqurları həmişə özündən zəif, xırda dövlətlərə yuxarıdan aşağı baxıb, bəzən də öz iradələrini diqtə etmiş psixologiyanın daşıyıcıları olurlar. General Maykl Flinn ABŞ-ı dünyanın super gücü hesab etdiyi üçün Türkiyəyə rəqib kimi yox, yuxarıdan aşağı baxıb. Onun Türkiyə ilə bağlı davranışlarına dövlətlərarası münasibət baxışı yox imporativ düşüncə tərzindən gələn davranış kimi nəzər salmaq lazımdır. Bunu dövlətlərarası münasibətlər müstəvisinə keçirmək düzgün deyil.

Dünyanın istənilən aparıcı dövləti regionda Türkiyə ilə razılaşdırılmış qarşılıqlı mənfəətlər konteksində siyasət həyata keçirməsə, həmişə uduzacaq. Türkiyə elə bir coğrafiyaya məxsusdur ki, sanki dünyanın açar rolunu oynayır. Vest-Hind dəniz dəhlizi gündəmə gələnə qədər bütün dünyanın sahibi Osmanlı imperiyası idi. Çünki bütün kommunikasiya xətləri Osmanlının ərazisindən keçirdi. Tarixin gərdişi elə gətirdi ki, Avropaya kommunikasiya xətləri yenə də Türkiyə ərazisindən keçəcək. İstər ABŞ, istər Rusiya, istərsə də Səudiyyə Ərəbistanı olsun, Türkiyənin maraqlarını nəzərə almadan regionda siyasət həyata keçirə bilməzlər".

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26