Interposta.Info

İran agenturası ölkəmizə necə soxulur? -

Müxtəlif
 8-02-2017, 07:26     814

İran agenturası ölkəmizə necə soxulur? -

1991-ci ildən, Azərbaycan müstəqillik qazanandan sonra İran agentura şəbəkəsi sözün həqiqi mənasında Azərbaycana soxuldu. Elə o amerikalı konqresmen düz deyir, soxuldular.

Bunu Şərq.az-a ABŞ konqresmeni Ed Roysun "İran agentləri Azərbaycana soxulub" iddiasını çərh edərkən Milli Təhlükəsizlik Nazirliyinin sabiq əməkdaşı İlham İsmayıl deyib.

Onun sözlərinə görə, bu illər ərzində də sərhədyanı bölgələrdə, şiə təriqətinə mənsub olan bölgələrdə mədrəsələr açmaqla, islam pərdəsi altında İranın kifayət dərəcədə agenturası Azərbaycana yerləşdirildi:

"Onların içərisində Azərbaycan vətəndaşlarından tutmuş İran vətəndaşlarına qədər var. Onlar gedib - gəlirdilər. Deyim ki, bu, yeni məsələ deyil. Təbii ki, məlum məsələ ABŞ və İsrail kəşfiyyatının nəzərindən qaçmayıb. İranın Azərbaycana təsirini amerikalılar da bilir, biz də bilirik. İndiyə qədər də iranın Ermənistana olan isti münasibəti, separatçı ölkə ordusuna xüsusi qayğısı, Qarabağ ərazisində İran hərbiçilərinin köməyi ilə tikilmiş hərbi qurğular deməyə əsas verir ki, İran dövlət olaraq heç də Azərbaycana dost münasibəti bəsləmir. Və bizim müstəqil olmağımızı qəbul eləmir.Bunlar faktdır. Bu mənada konqresmenin fikirlərində bir yenilik görmürəm. Bu, az qala 20 ildən çoxdur başlayan və indiyə qədər davam edən prosesdir".

Qeyd edək ki, ABŞ Konqresinin Nümayəndələr palatasının xarici işlər üzrə komitəsinin rəhbəri, respublikaçı Ed Roys "İsrael Project" forumu zamanı İranın Azərbaycanın işlərinə müdaxiləsi ilə bağlı sensasion bəyanatla çıxış edib. O, İranın Azərbaycan üçün də "təhdid olduğunu" deyib. Onun sözlərinə görə, hazırda İran agentləri Azərbaycana soxulur, kəndlərdə insanları öz tərəflərinə çəkir, onlara bildirir: "Siz dünyəvi hökuməti niyə dəstəkəyirsiniz? Siz şiələrsiniz". Konqresmenin fikrincə, bu fəaliyyətlə məhz İnqilab Keşikçiləri Korpusu məşğuldur.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26