Interposta.Info

Bir zamanlar daraq satırdı,

Müxtəlif
 7-02-2017, 17:07     3 020

Bir zamanlar daraq satırdı,

Hər həftənin çərşənbə axşamı oxucuların görüşünə gələcək rubrikada azərbaycanlı milyarderlərdən, daha doğrusu onların keçdiyi həyat yolundan bəhs ediləcək.

Haqqında bəhs edəcəyimiz növbəti azərbaycanlı milyarder, Rusiyanın “əmlak kralı” titulunu qazanan yəhudi əsilli iş adamı Qod Nisanovdur.

Qod Nisanov kimdir?

Bu ilin may ayında 45 yaşını tamamlayacaq milliyyətçə dağ yəhudisi olan iş adamı Qod Nisanov Quba rayonunun Qırmızı qəsəbəsində dünyaya göz açıb.

Bakıda Maliyyə-kredit Texnikumunu bitirən Q.Nisanov daha sonra təhsilini Moskvada davam etdirib. Rusiya Hüquq İnstitutunu bitirib.

Daraq satan alverçi...

Qod Nisanov Rusiyaya üz tutduğu ilk illərdə xırda ticarətlə məşğul olmağa başlayır. Moskva bazarlarında xırdavat məhsulları, daraq və digər məhsullar satan Qod az keçmir ki, öz bisnes dairəsini genişləndirir. 2000-ci ilə qədər bazar və digər biznes sahələri ilə məşğul olur.

Telman İsmayılovun “sağ əli”...

Qod Nisanov bir müddət AST" kampaniyasında işləyir. O zamanlar Rusiyanın nüfuzlu iş adamlarından sayılan, son illər isə ciddi maliyyə itkilərinə məruz qalan, rəsmi olaraq müflis olduğunu elan edən Telman İsmayılovla birlikdə uğurlu biznes layihələrinə imza atır.

“Putin İlham”la birləşmək və HƏR ŞEY DƏYİŞİR...

Uşaqlıq dostu Zarax İliyevlə birlikdə Rusiya prezidenti Vladimir Putinin tələbəlik dostu İlham Rəhimovla birləşdikdən sonra Qod Nisanovun fəaliyyətində yeni mərhələ başlayır.

İlham Rəhimov (“Putin İlham”) azərbaycanlı jurnalist Azər Niftiyevin “Necə oldu ki, Qod Nisanov və Zarax İliyevlə birləşdiniz” sualına belə cavab verir:

“Mənim o vaxt Qod Nisanovun atasıyla dostluq münasibətim olub və onun vasitəsilə indiki şəriklərimlə tanış olmuşam. Mən Qodun atası Simon Nisanovu ədliyyə sistemində işləyəndən tanıyırdım. SSRİ dövründə Moskvadan gələn hüquq-mühafizə orqanlarının işçilərini Qubaya aparardıq. Simon kişini oradan tanıyırdım. O zamanlar Simon kişi Azərbaycanda yaşayırdı. Oğlanları isə 1990-cı ildən Moskvada ticarətlə məşğul olurdular. O zaman onlar cavan uşaqlar idilər. 1999-cu ildə Simon kişi məni oğlu Qod və Zaraxla tanış elədi. Həmin zaman onlar “Çərkəz” bazarında işləyirdilər. Paralel olaraq bir neçə restoranları var idi. Həmin zamandan bəri Qod və Zaraxla biznes ortaqlarıyıq. Ötən illər ərzində mən onlara biznesin inkişafı üçün xeyli konkret tövsiyyələr vermişəm. Axı onlar bazar işini, ticarəti yaxşı bilsələr də, Moskvanın gələcək, perspektiv inkişaf planı barədə o qədər də məlumatlı deyildilər”.

Rusiyanın “əmlak kralı”...

Qod Nisanov-Zarax İliyev-İlham Rəhimov üçlüyü hazırda Moskva şəhərində mülkiyyətin, daşınmaz əmlakın dəyərinə görə birinci yerdə dayanır. İddialara görə, üçlüyə daxil olan İ.Rəhimovun Putinlə dostluğu buna səbəb olub.

Dostlarının dediyinə görə, vaxtilə Telman İsmayılovla ortaq olan Q.Nisanov-Z.İliyev cütlüyü özərini gözləyən milyardlıq ziyanlardan məhz İ.Rəhimovla birləşməklə xilas ola biliblər.

Xatırladaq ki, Qod Nisanov Rusiya Azərbaycanlıları Konqresinin İdarə Heyətinin üzvüdür. 4 iyul 2011-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunub. 14 yanvar 2014-cü ildə Rusiya Federasiyası Prezidentinin Sərəncamı ilə "Dostluq" ordeni ilə təltif olunub/.ANV.az
interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26