Interposta.Info

Azərbaycanlı milyarderlər

Gündəm
 17-01-2017, 19:06     765

Azərbaycanlı milyarderlər

Azərbaycan əsilli milyarderlər Qod Nisanov və Zarax İliyev Avropanın ən nəhəng okeanariumu olan "Moskvarium"un oliqarx Arkadi Rotenberqə satılmasını təkzib ediblər

Pia.az xəbər verir ki, bu barədə "Forbes" jurnalı öz mənbələrinə istinadən yazır.

Q. Nisanov və Z. İliyevə məxsus "Kiyev meydanı" QSC-nin adının çəkilməsini istəməyən rəsmisi bildirib ki, "Moskvarium"da aparılan struktur dəyişiklikləri mülkiyyətçinin dəyişdirilməsi anlamına gəlmir.

Xatırladaq ki, bu gün RBK agentliyi öz mənbələrinə istinadən yazıb ki, A. Rotenberqə məxsus şirkətlər "Moskvarium"un sahibinə çevriliblər: "Hazırda okeanariumun tam sahibi Rotenberqin strukturlarıdır".

Q. Nisanov və Z. İliyev okeanariumun tikintisinə 1,5 mlrd. dollar yatırıblar. Rusiyanın "daşınmaz əmlak kralları" layihədən mənfəət əldə edə bilməyiblər.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26