Interposta.Info

Evin qapısına "Tətilə gedirik" yazıb, içəridə hamilə həyat yoldaşına

Müxtəlif
 21-01-2017, 13:52     1 088

Evin qapısına "Tətilə gedirik" yazıb, içəridə hamilə həyat yoldaşına

İstanbulda dəhşətli cinayət hadisəsi baş verib.

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, 24 yaşlı Erencan E. 6 aylıq hamilə həyat yoldaşı Sultan E.-ni tapançadan atəş açaraq öldürüb.

Ər evin qapısına "3 həftəlik tətilə çıxırıq. Telefonlarımız bağlı olacaq. Görüşənədək", yataq otağına isə "Həyat yoldaşımı hər şeydən, hər kəsdən çox sevirəm. Poyrazım, səni də (doğulacaq uşağı) çox sevirəm. Bu həyatda daha dayana bilmirəm. Sizi cənnətə, özümü də cəhənnəmə göndərirəm" mesajını buraxıb.

Erencan E. qaçdığı Tuncelidə tutularaq İstanbula gətirilib.

Erencan E. və Sultan E.-nin qonşuları 1 il əvvəl evlənən cütlüyün tez-tez mübahisə etdiklərini, evdən mütəmadi olaraq dava səsləri gəldiyini deyiblər. Qonşular xüsusi ilə Erencan E. -nin son günlər əhvalının olduqca pis olduğunu ifadə ediblər.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26