Yol polisləri həyat qurtardı
Polislər vəziyyəti ağır olan hamilə qadını xəstəxanaya çatdırıb.
Bu barədə oxucumuz Ramil Vəliyev musavat.com-a məlumat verib. O, bildirib ki, hamilə həyat yoldaşını Tovuz Rayon Xəstəxanasından Gəncə şəhərinə göndəriblər. Yolda ananın vəziyyəti pisləşib və Şəmkir rayon YPX əməkdaşları ananı Gəncə şəhərinə, xəstəxanaya çatdırıblar.
Qız övladının dünyaya gəldiyini bildirən Ramil Vəliyev qeyd edib ki, polis əməkdaşları yardım etməsə, nə ana, nə də övladının həyatını xilas etmək mümkün olacaqdı.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26