Interposta.Info

.

Müxtəlif
 19-01-2017, 20:11     1 826

.

interposta.info-ın bu günkü müsahibi yazar, psixoloq, İctimai Nəzarət Koalisiyasının Gənclər Təşkilatının sədri Elşad Səfixanovdur (Elşad Can Şamil).

-Salam Elşad bəy.

-Salamlar.

-Necədir işləriniz?

-Son vaxtlar hamısını yaxşı görürəm, yaxşıdılar böyüyürlər (gülür).

-Bir neçə işi bir arada icra edirsiniz. Çətin deyi ki?

-Asan heç nə yoxdur onsuz, işin maraqlısı da odur ki, çətin olan nə isə etməyə cəhd edəsən. Bu əlavə motivasiyadır. Asan olanı çoxusu edir.

-Öhdəsindən gəlsəniz də, bəs ümumiyyətlə, tərəzinin hansı tərəfi daha ağırdır?

-Məncə, insan həmişə öz üzərində işləyib qazandıqları ilə sonlanmamalı, uğurlarında həmişə nə isə axtarmalı, daim yenilikçi olmalıdır. Azadə xanım, mən olan tərəzinin bir tərəfi var, o da Allah tərəfi, çəkim də pis deyil, arıqlamaq lazımdır (gülür). Mən olduğum tərəzinin bir tərəfi var.

-Nə gözəl, tərəziniz bir tərəflidir, çəkiniz də pis deyil. Hətta arıqlamaq fikriniz də var. Onda nəyə görə bu gün də az təsadüf olunan psixoloji roman yazmayasınız? Çünki psixologiya sahəsində yetərli təhsiliniz var. Eyni zamanda da ədəbiyyat nümayəndəsisiniz...

-Əvvəla mütaliyə, bilgi, elm mövzusunda heç nə yetərli deyil. Oxuduqca bilmədiklərimin qabağında bildiklərimin 1% belə olmadığını sərt sillə ilə hər dəfə xatırlayıram . Qaldı psixoloji roman yazmağa, bu bazarda satılan bir şey deyil ki, deyim hər gün mənə lazım olur, alım qoyum evə. Hazırda o potensialda olmadığımı düşünürəm. “Bazar”a keyfiyyətli mal çıxarmaq lazımdır ki, "alıcı"ları məmnun qalsın, dilə-ağıza düşsün.

-Bəs bu günkü "mallar" "alıcı" olaraq sizi qane edirmi?

-Məni qane edib etməməsindən asılı olmayaraq bazara çıxarılıbsa öz alıcısını mütləq tapacaq. Hər halda bazarda rəqabəti yaratdığı üçün bütün “mallar” təqdirə layiqdir. Heç olmamasından olması yaxşıdır.

-İnsanları xilas etdim,

özümü asdığım yerdən,

döşək tavana salındı

əksinə yastığım yerdən.

söz verənlər sözün dandı

sözü bütöv bilib qandım

yalan dedim əlim yandı

qurana basdığım yerdən

yaramı dostlar duzladı

dil quruyub susuzladı

hər gün vicdanım sızladı

haqqına susduğum yerdə

-Bu giley-güzar nədəndir?

-Şeirlərin doğuluşu məhz giley güzardan olur, ayaq açıb addımlamağa başlayanda xoşbəxtlikdən, qaça-qaçda isə yenidən kaşkilərə qayıdır. Kaşkilər həyatın nə qədər gözəl olduğu göstəricisidir.

Bəzən unudarıq öləcəyimizi...!

Ölüm gələnə qədər...!

Incitdiyim,

kobud davrandığım,

xətrinə dəydiyim,

küsülü qaldığım kim varsa üzr istəyirəm...!

Səbəbim vardı…

Ölümü unutmuşdum.

-Bəlkə onların da səbəbi vardı; ölümü unutmuşdular...


-Səbəb o zaman olur ki insan bunun dərkinə varır, hərəkətlərini, davranışını və yaşayışını tənzimləyər, indi bunu dərk edən neçə nəfər var görəsən. Hər gün birilərinin yasına qatılırıq, ancaq empatiya hissimiz paslandığından ibrətdən uzağıq, ölüm yeganə həqiqətdir ki, ona çatmaq üçün hər gün yaşayırıq. Biz ancaq onu unudub nələrə çatmağı planlamışıq, öz eqomuzla, iddiamızla mən-mən deyərək...

-Kamal Abdullaya görə yazar öncə güclü oxucu, sonra ədəbiyyat adamı, daha sonra yazar olmalıdır. Artıq yazar olduğunuza görə maraqlıdır, siz bu mərhələləri necə keçə bildiniz?
-Deməzdim, tam keçmişəm. Hər mərhələnin öz qalıqlarını daşıyıram üzərimdə, uşaqlıq xatirələri kimi. Sözsüz ki, güclü oxucu olmasan heç bir sahədə uğur qazanmaq mümkün deyil. Burada kitab oxumaq, insanı oxumaq, olduğun situasiyada vəziyyəti oxumağından tutmuş səhnədə oxumağa qədər hər şey aiddir. Yetər ki, oxumaq olsun.

-Oxumaq demişkən, bəs yazar Elşad Can Şamil bu günkü ədəbiyyatda olan ab-havanı necə dəyərləndirər?

-Əvvəllər necə idisə indi də elə. Tanışlıq, qruplaşma, yeyib-içmək, tostlaşma məclisi… Ədəbi camiyədə say-seçmə qalmış həqiqi ədəbiyyat adamlarını allah qorusun deyərdim ki, bəzən onun da gücü çatmır həyatda saxlamağa…

-Bir səhər yuxudan durub
Özünü uşaq görəsən.
Görəsən hamı evdədi,
Ölənləri sağ görəsən.

...Qorxasan qaçıb gedələr, -
Tez qapını bağlayasan.
Geri dönüb içəridə
bir təzə qonaq görəsən...

-Siz bir səhər nələr gömək istəyərdiniz?

-Oy oy. Nə gözəl sualdır belə. Mən səhərlər yuxudan oyana bilmədiyimdən qorxuram həmin anı qaçırdım  Şükür olsun, görmək istədiklərimlə zamanla üz-üzə gəlirəm. Yeri gəlmişkən, Allah Ramiz Rövşənə can sağlığı versin!

-Maraqlıdır, özünüzü nəyə görə həm də AYB-də görməyəsiniz?
-Hələ bacara bilmədiyim bir neçə şey var, gərək ki, çox çalışmalıyam üzərimdə ki, AYB üzvlüyünə layiq olum.
-Sirr deyilsə nədir bacarmadığınız?
-Məsələn, deyəcəklərimdən biri mən spirtli içki içmirəm, o məclislərdən uzağam, “ədəb”i çevrəm yoxdur. Bu qədər, xahiş edirəm, bu cavabla da kifayətlənək.

-İndi biraz da sizin ictimai fəaliyyətinizlə bağlı danışaq. İctimai Nəzarət Koalisiyasının Gənclər Təşkilatının sədrisiniz. Gənclər yaranmış yeni təşkilat haqqında nə dərəcədə məlumatlıdırlar?

-Artıq kifayət qədər ölkədə səs salmış İctimai Nəzarət Koalisiyası internet portallarında, sosial şəbəkələrdə böyük auditoriyanı əhatələyir. Bunu müxtəlif ictimai tədbirlər zamanı çevrəmizdə olan könüllü izdihamından da görmək mümkündür. Koalisiyaya təşrif buyuran hər kəs ofisimizlə tanış olur, komandanın fəaliyyəti ilə yaxından maraqlanır, videorolikləri izləyir, ən əsası isə sonda bizə qoşulur, üzvümüz olur. İctimai Nəzarət Koalisiyası və Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzin İB-dən xəbəri olmayan gənclər facebookda “İctimai Nəzarət Koalisiyası”, “İctimai Nəzarət Koalisiyası Gənclər Təşkilatı”, https://www.facebook.com/DAMMIB/?fref=ts, https://www.facebook.com/DAMMGT/?fref=ts, həmçinin www.ınktv.az, www.damm.az saytlarından geniş məlumat ala bilərlər.

-Onlar hər hansı təkliflərlə, layihələrlə sizə müraciət edirlərmi?

-Əlbəttə, İNK TV-nin efirlərində olan “Sənə ehtiyacım var”, “Qadın saatı”, “Eko-çağırış” “7-dən - 77-yə”, “Psixoloqla danışıram” və s. məhz olanların layihələridir.

-İctimai Nəzarət Koalisiyasının Gənclər Təşkilatının, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin Gənclər Şurasının sədri olaraq Elşad Səfixanov təşkilatın perspektivi haqqında nə deyə bilər?

- Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzi və İctimai Nəzarət Koalisiyasının bu qədər öndə olmasının əsas səbəbləri kimi, rəhbərliyin (Allah Söhrab Tahirə qəni-qəni rəhmət eləsin!) öz nümunələrində biz gənclərə mədəni davranışın, etik qaydaların təbliği, hər şeydən əvvəl bütün sferalarda fəaliyyətinin birinci olaraq özünə nəzarətdən başlamasıdır. Burada olmaq, bu kollektivin sırasına qoşulmaqla hər birimiz inkişafımızda xüsusi təcrübə keçirik. Hər gün öyrənməmək, inkişaf etməmək, püxtələşməmək mümkün deyil, peşəkarlığa axındır komanda göstərişləri... Təsadüfi deyildir ki, sıralarımızda olan bir çox gənc artıq müxtəlif portallarda redaktor, blogger, televiziyalarda müxbir, TV aparıcısı kimi təkliflər almışlar. Bu baxımdan bütün gənclərin adından koalisiyanın sədri, Dünya Azərbaycanlıları mədəniyyət Mərkəzinin birinci vitse-prezidenti Rasim Məmmədova, onun birinci müavini, aparat rəhbəri Aydın Xan Əbilova, Dünya Azərbaycanlıları mədəniyyət Mərkəzinin prezidenti dünya şöhrətli Çingiz Abdullayevə gənclərə göstərdikləri etimad və dəstəyə görə sonsuz təşəkkürümüzü bildiririk.

-İstər ədəbiyyat, istərsə də psixologiya sahəsində hər hansı bir gələcək planlarınız, layihələriniz varmı?

-Ədəbi yaradıcılıqda planım məni oxunması üçün gözləyən qalaq-qalaq kitablarım və yaxın günlərdə çapdan çıxması gözlənilən “Ölümü unutmuşdum” adlı yeni şeirlər kitabımdır. Psixologiya da isə yeni lahiyəm ölkədə ilk dəfə olaraq cütlüklərin psixoloji uyuşması üçün nəticəsi 99 %-ə bərabər diaqnostikası və müayinəsi üçün hesablanmış sorğu kitabçası olacaq ki, bunun da tam ərsiyə gəlməsi aprel-may aylarına çəkəcək. Bunun haqqında yəqin ki, çox danışılacaq.

-Maraqlı söhbətə görə təşəkkür edirəm!

-Buyurun!


Azadə Bayramova
Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi
Azərbaycan müstəqillik əldə etdikdən sonra dövlətin qarşısında duran əsas vəzifələrdən biri də xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, onların ölkəmizin ümumi maraqlarının müdafiəsi işinə cəlb edilməsi olmuşdur. 1993-cü ildəÜmummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişi digər sahələrdə olduğu kimi, Azərbaycan mədəni irsin təbliğatında da əsaslı dönüş yaratmışdır. Ümummilli liderimiz bütün xarici səfərlərində Azərbaycan diasporunun nümayəndələri ilə görüşür, onların problem və qayğıları ilə maraqlanır, həmvətənlərimizi yenicə müstəqillik qazanmış respublikamızın tarixi mənafelərinin reallaşdırılması prosesində fəal iştirak etməyə çağırırdı. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasətin məqsədi dünya azərbaycanlılarının tarixi Vətənlə əlaqələrini inkişaf etdirmək, soydaşlarımızın milli özünəməxsusluğunu qoruyub saxlamaq, mərkəzin potensialından milli maraqlarımızın daha etibarlı şəkildə qorunması istiqamətində faydalanmaq, mədəniyyətlərarası əlaqələri genişləndirmək, onların mədəni-siyasi hüquqlarını müdafiə etməkdən ibarətdir. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onlar arasında birliyin və həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmaları, cəmiyyət və birliklərin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi ilə bağlı məsələlərin birgə müzakirəsi zərurətini nəzərə alaraq Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında 2001-ci ilin may ayınn 23-də Ümummilli lider Heydər Əliyevin məlum Sərəncamı bu möhtəşəm ideologiyanın gerçəkləşməsinə istiqamətlənmişdir. Həmin ilin noyabr ayının 9 və 10 Bakıda keçirilən Dünya Azərbaycanlılarının I Qurultayı Azərbaycan tarixinə böyük bir prosesin başlanğıcı kimi daxil olmuşdur. I qurultayda 36 ölkədən 200-dən çox müxtəlif təşkilatı təmsil edən 406 nümayəndə və 63 qonaq iştirak etmişdir. Bu qurultayda Azərbaycan Respublikası 130-dan çox dövlət və ictimai qurumlardan, elm, təhsil, mədəniyyət və digər yaradıcı təşkilatlardan, 25 siyasi partiyadan 702 nümayəndə və 844 qonaq ilə təmsil olunmuşdur. Dünya azərbaycanlılarının I qurultayı xaricdəki soydaşlarımızın ümumi məqsəd, vahid ideya ətrafında birləşməsi yolunda böyük addım, gələcəyə istiqamətlənmiş önəmli tədbirlərdən idi. Qurultay milli ideologiyamız olan Azərbaycançılıq ideyası ətrafında soydaşlarımızın birlik və həmrəyliyini nümayiş etdirdi. Qurultayda xaricdəki həmvətənlərimizlə sistemli iş aparılmasını təşkil etmək, soydaşlarımız arasında milli birliyin möhkəmləndirilməsini təmin etmək məqsədilə xüsusi dövlət qurumunun yaradılması ideyası irəli sürüldü. Ümummilli lider Heydər Əliyevə məxsus olan bu ideya Azərbaycan diasporunun formalaşdırılması prosesini sürətləndirməyə xidmət edirdi.

Rasim Məmmədov – İctimai Nəzarət Koalisiyasının sədri, Sabitlik və İnkişaf Mərkəzinin sədri, Dünya Azərbaycanlılarırnın Mədəniyyət Mərkəzinin 1 vitse-prezidenti,

.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26