Interposta.Info

Millət vəkili:

Müxtəlif
 19-01-2017, 16:52     895

Millət vəkili:
“Türkiyədə baş verən ardıcıl terror aktları onu deməyə əsas verir ki, qardaş ölkəni sevməyən, onun inkişafından ciddi təşviş keçirən qüvvələr təxribatçı ssenarilərini tam gücü ilə işə salıblar”.

interposta.info bildirir ki, bu sözləri ANV.az-a danışan Milli Məclisin deputatı Rövşən Rzayev söyləyib.

Onun sözlərinə görə, xaincəsinə həyata keçirilən bu təxribat Türkiyə dövlətini çökdürməyə yönəlib:

“Heç şübhəsiz Türkiyənin dünya miqyasında əhəmiyyəti sürətlə artır. Türkiyə günü-gündən inkişaf edir. Belə bir vəziyyət bəlli dairələri ciddi şəkildə narahat edir. Onlar hər vəchlə Tükiyənin inkişafının qarşısını almağa çalışırlar. Qardaş, ölkəmiz üçün vacib önəm daşıyan bir dövlətdə - Türkiyədə həyata keçirilən davamlı terror aktları bizi də ciddi şəkildə narahat edir. Heç bir dövlət terrordan sığortalanmayıb. Arzu edirəm ki, Türkiyə dövləti ən qısa müddətə bu vəziyyətdən çıxsın və daxili sabitliyi tam bərpa etsin. Bu təxribatçı fəaliyyətin arxasında dayanan qüvvələr şərəfsiz və axmaq adamlar, şərəfsiz dairələrdir”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26