Interposta.Info

Sergey Lavrovun bəyanatının arxasında nə durur? —

Müxtəlif
 18-01-2017, 09:07     581

Sergey Lavrovun bəyanatının arxasında nə durur? —
“Bu acınacaqlı haldır ki, Rusiya xarici işlər naziri Sergey Lavrov 3 dövlət arasında ümumi konsensusun olmaması haqda fikir yürüdür. Yəni Fransa, Rusiya və guya ABŞ-ın ayrılıqda öz baxışı var. Bu bir az müəmmalı məsələdir”.

interposta.info xəbər verir ki, bu sözləri tanınmış siyasətçi Arzu Nağıyev Ölkə.Az-a Rusiya xarici işlər naziri Sergey Lavrovun bu gün keçirdiyi mətbuat konfransında səsləndirdiyi fkirlərə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Rusiya SSRİ-nin varisi kimi münaqişə ocaqlarının yaranmasında necə iştirak edibsə, bu gün də Qərbin əsas tələblərindən biri budur ki, Rusiya Azərbaycan suverenliyi çərçivəsində məsələni həll etsin.

“Bu tələb Rusiyaya xoş gəlmədiyi üçün belə bəyanatla çıxış edir. S.Lavrov öz çıxışında birinci Dağlıq Qarabağın statusunun müəyyən edilməsi, sonra isə Azərbaycanın suverenliyi və qoşunların işğal edilmiş ərazilərdən çıxarılması məsələsini qoyur. Lakin bütün beynəlxalq sənədlərdə - Madrid Prinsipiləri, Kazan Protokollarında əsas məqam ondan ibarətdir ki, işğalçı qoşunlar Azərbaycanı tərk etməli, Dağlıq Qarabağ ətrafındakı ərazilər boşaldılmalı, ikinci mərhələ kimi Dağlıq Qarabağın statusuna qayıdılmalıdır. Düşünürəm ki, Rusiya öz nüfuzunu artırmaq üçün münaqişənin istədiyi kimi həllinə çalışır, bununla da Qərbə qarşı müəyyən siyasi gedişlər edir”.

A.Nağıyevin fikrincə, Donald Trampın inaqurasiyasından sonra ola bilsin ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllində, ümumiyyətlə xarici siyasətdə korrektələr edəcək. Fikrimcə, Suriya və Ukrayna məsələsi Qarabağ münaqişəsinin Rusiya tərəfdən həllini ikinci plana atır. Bunun özündə də Rusiyanın dolayı şəkildə marağı var”.

A. Nağıyev S.Lavrovun bəyanatından sonra Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun dərhal ona verdiyi cavaba da toxunub:

“ Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov da çıxışında bir daha Azərbaycan bütvlüyünün dəyişilməz olduğunu təsdiqləməklə bərabər ilk növbədə suverenliyin işğalçı ordunun çıxarılmasından sonra bir daha status məsələsinə qayıtmasını qeyd edib. Bütün beynəlxalq hüquq və normalara uyğun olaraq BMT-nin qəbul etdiyi qətnamələrin yerinə yetirilməsinə, eyni zamanda Minsk qrupunun həmsədirlərinin keçirdiyi görüşlərə, Kiazan protokollarına, Madrid prinsiplərinə, Sank-Pterburq görüşlərinin yekunlarına dair keçirilən proseslərin nəzərə alınmalı olduğunu bir daha qeyd edib. Düşünürəm ki, S.Lavrov tam Ermənistanın mənafeyini müdafiə etməklə eyni zamanda öz mövqeylərini ortaya qoymağa çalışır”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26