Interposta.Info

Politoloq:

Müxtəlif
 14-01-2017, 14:52     637

Politoloq:

“Poroşenko-Saakaşvili davasında mən ikincinin düzgün danışdığını düşünürəm. Prezident Poroşenko keçmiş dostunu Odessaya qubernator təyin etdikdə Mixail Saakaşvili qollarını çırmayalayaraq işə girişdi, Gürcüstandakı uğurlu islahatları Odessada təkrarlamaq istədi, rüşvətxor məmurlara qarşı mübarizəyə başladı, gənc komanda formalaşdırdı. Ancaq alınmadı”

XeberBiaz.az Cebhe.info istinadən xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

“Bəs niyə Saakaşvili Gürcüstandakı uğurlarını Odessada təkrarlaya bilmədi?” sualına cavabda E.Şahinoğlu qeyd edib ki, Mixail Saakaşvili Gürcüstanda piramıdanın başında idi, hamı ona tabe idi, düşündüklərini həyata keçirtdi və nəticə qazandı:

“Odessada isə o, Kiyevdəki məmurlardan asılı idi, onun hər addımını Kiyevdəki oliqarx nazirlər sabotaj etdilər. Poroşenko isə bütün bunlara göz yumurdu. Ukraynanı içəridən tanıyan birisi kimi gəldiyim qənaət budur ki, Kiyev Saaklaşvilinin islahat sürəti ilə ayaqlaşa bilmədi, Ukrayna hakimiyyəti (keçmişdəkilər kimi) astagəldir, tənbəldir, dağıdıb yenidən qurmaqdansa, olanın restavrasiyası ilə məşğuldur. “Olan” isə islahata meylli deyil".

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26