Əməkdar artist Vahid Əliyevin dəfn yeri məlum oldu
Əməkdar artist Vahid Əliyev Badamdar qəbiristanlığında dəfn ediləcək.
Bu barədə Oxu.Az-a mərhumun oğlu Ramin Əliyev məlumat verib.
O bildirib ki, Vahid Əliyevlə vida mərasimi sabah saat 13:00-da yaşadığı General Əliağa Şıxlinski küçəsi, 25 ünvanında keçiriləcək.
17:42
Əməkdar artist Vahid Əliyev vəfat edib.
"İnterPosta" APA-ya istinadən xəbər verir ki, bu barədə Gənc Tamaşaçılar Teatrının mətbuat katibi Samirə Əşrəf məlumat verib.
O qeyd edib ki, Vahid Əliyev uzun sürən xəstəlikdən sonra bu gün axşam saatlarında dünyasını dəyişib.
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26

