Interposta.Info

Amerikalı mühəndisin Azərbaycan sevgisi necə yarandır? (VİDEO)

Mədəniyyət
 13-08-2025, 15:32     49 518

"Azərbaycanlılar başqalarını, amerikalılar isə əsasən, özlərini düşünürlər. Azərbaycanın milli adət-ənənələrinə, qohumluq əlaqələrinə heyran qaldım. Məncə, Şərq musiqisi, xüsusilə kamança Qərb musiqisindən daha təsirlidir".

Bu fikirləri Oxu.Az-a müsahibəsində Azərbaycan musiqisinə heyran olduğu üçün ABŞ-dən ölkəmizə üz tutan və kamança dərsləri alan Rebekka Sedlak deyib.

Rebekkaya görə, insani dəyərlər, kəşf etmək marağı insanı planetin digər hissəsinə də aparar. Əsas olan - kəşf etmək duyğusundan məhrum olmamaq, başqalarına faydalı olmaqdır.

İşin ən maraqlı tərəfi odur ki, Rebekka Sedlak ABŞ-nin müdafiə sənayesində raketlər üzrə mühəndis kimi çalışır. O, "raketi kamançaya dəyişdi" desək, yanılmarıq.

Rebekka Sedlakın Oxu.Az-a videomüsahibəsini təqdim edirik:

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26