Interposta.Info

Səttar Bəhlulzadənin əsərlərini satan şəxs: “Amerikalılar onların hamısını almaq istəyirlər” - VİDEO

Mədəniyyət
 23-02-2023, 19:18     2 098

Xalq rəssamı Səttar Bəhlulzadənin əsərlərinin “eBay” internet mağazasında satışa çıxarılması ilə bağlı yeni faktlar məlum olub.

Əsərləri satan kolleksiyaçı Oğuz Tolga Buku TV-nin suallarını cavablandırıb.

O bildirib ki, 33 ildir, bu işlə məşğuldur:

“Mən 33 ildir, bu rəsmləri toplayıram. Əvvəlcə sovet rəsmləri ilə başlamışdım. Sadəcə, bu rəsmlər deyil, mən çox böyük bir kolleksiyaçıyam. Bunlar o zaman Azərbaycanda çalışmış xaricdəki təmsilçilərin, türklərin alıb gətirdikləri rəsmlərdir. 10 il əvvəl Türkiyədəki Azərbaycan rəsmlərini toplayanlardan hamısını yığdım. Onları “eBay”də satışa qoydum, düşündüm ki, qiyməti elə qoyaq, hamısını sata bilək.

İndi amerikalılar onların hamısını almaq istəyirlər. Amerikada kolleksiyaçılar var. Onlar 1 300 rəsmin hamısını almaq istəyirlər. Amma onlara satmaq istəmirəm. Əvvəllər də almaq istəmişdilər, amma heç birini satmadım. Xüsusən də satılmasın deyə çox yüksək qiymətlər qoyurdum”.

Ətraflı videonu təqdim edirik:

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26