Interposta.Info

"Yaşar Nurinin əşyalarını bağdan oğurlayıblar" 

Mədəniyyət
 22-11-2022, 15:45     1 467

Yaşar Nurinin əşyalarını bağdan oğurlayıblar
Bu gün mərhum Xalq artisti Yaşar Nurinin anım günüdür.

"İnterPosta" xəbər verir ki, aktyorun həyat yoldaşı Rəhimə xanım "Səhər mərkəzi" proqramına müsahibə verib. O, Y.Nurinin oğurlanan əşyalarından bəhs edib:

"O, dünyasını dəyişəndə yarımçıq qalan bağ evimiz var idi. Yaşar müəllimin əşyalarını oraya yerləşdirdik. İki il əvvəl bağ evimizdə oğurluq hadisəsi olub. Onun əşyalarının bir neçəsi oğurlanıb. Elə biliblər qızıldır, götürüblər. Nəfəs aparatını saxlamışam. Həmin otağa daxil olanda təskinlik tapıram".

Yaşar Nurinin dünyasını dəyişdiyi günü xatırlayan Rəhimə xanım "Bizim çağırdılar, getdim ki, həkim ağlayır. Dedim ki, onu girib elə görə bilmərəm, Yaşar həyatımda da canlı qalmalıdır. Onu ölü görsəm, həyat bağlanacaq mənim üçün" sözlərini əlavə edib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26