Interposta.Info

Xalq artisti: “Bizi “Azdrama”nın binasına buraxmırlar...”

Mədəniyyət
 6-09-2021, 12:21     232

Bu gün Xalq artisti Yaşar Nurinin 70 illik yubileyi keçiriləcək.

"İnterPosta"nın məlumatına görə, bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Əli Nur deyib. Onun sözlərinə görə, yubiley mərasimi Fəxri Xiyabanda keçiriləcək:

"Yaşar elə-belə aktyor deyildi, onun 70 illik yubileyi mütləq qeyd olunmalıdır. Nəsə yada düşmürdü, həyat yoldaşı gedib Mədəniyyət Nazirliyində hay-haray salıb, ondan sonra göstəriş verilib. Yəqin ki, hay-küy düşməsəydi, narazılıq etməsəydi, Yaşar Nurinin yubileyi yada düşməyəcəkdi, pandemiyanı səbəb gətirəcəkdilər. Akademik Milli Dram Teatrının bütün kollektivi tədbirdə olacaq. Yəqin ki, orada başqa teatrların da aktyorları olacaq”.


Aktyor bildirib ki, əgər pandemiya olmasaydı, Yaşar Nurinin 70 illik yubileyi təntənəli qeyd olunardı:

"Bizə "Azdrama”ya girməyə icazə vermirlər, bizi binaya buraxmırlar. Qəbrini ziyarət edib, ordan da dağılışıb gedəcəyik”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26