Interposta.Info

“Aygün mənim ən gözəl əsərimdir” - Bəstəkar Cavanşir Quliyev

Mədəniyyət
 7-11-2022, 17:19     1 533

"Azərbaycandan təzə getmişdim. Gördüm ki, bu 3-4 ildə heç məni itirib, axtaran yoxdur. Kənar dostlarım, rejissor, aktyor, şair-yazıçılardan başqa”.

Bu sözləri Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev "Düzünə qalsa…” verilişində deyib.

"Amma o geniş camiyənin heç vecinə də deyildi ki, mən var idim, yoxsa yox! Hansı ki, o camiyənin çoxunun karyerasında böyük əməyim olub. Gözlədiyim zəng, mesaj gəlmədi. Yenə də deyirəm, məni doğru anlasınlar, onlar mənim peşəmin bir hissələridir. Deyək ki, musiqi alətlərimdir. Onlar barədə neqativ danışmaram, iş birliyimiz davam edəcək. Sadəcə bildim ki, həyatıma onları buraxmamalıyam! Mən küsmürəm, nəticə çıxarıram!", - deyə sənətkar əlavə edib.

C. Quliyev tələbəsi Xalq artisti Aygün Kazımovanı ən gözəl əsəri adlandırıb: "Mən onun şəxsi və iş həyatında daim yanında olmuşam. Buna çox çalışmışam. Çünki gənc bir qız birdən-birə məşhurlaşdı. Onu hər yerdə tanıyırlar və səhvlər etmək imkanı çoxalır. Həmin zamanlar ayıq birisi onların yanında olmalıdır ki, yanlışdan tutub saxlasın. Bacardığım qədər ona hər şeyi öyrədirdim, qoruyurdum, tövsiyələr edirdim. O, valideynlərindən çox erkən yaşda ayrılıb, parta arxasından qalxandan. Onu əlimin nəbzində saxlamışdım, bir ehtiyac olan kimi gəlirdim”.

Bəstəkar bildirib ki, Aygün Kazımovanı heç vaxt qışqırıb-bağıran görməyib: "Görməmişəm ki, biri bunu desin. Bu onun xasiyyətindən irəli gəlirdi, ifasında da hiss olunur. Ona görə sevilirdi. Aygünə qarşı inanılmaz sevgi olub. Bu, görülməmiş bir şeydir. Heç bir müğənnidə olmayıb. Mən bunun canlı şahidi olmuşam. Onu görən ağlayırdı ki, Aygün canlı qarşımdadı... Mən belə səhnələr görmüşəm…”

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26