Interposta.Info

"Mənim vasitəmlə Cavanşir Məmmədovu vurdular" - VİDEO

Maqazin
 19-11-2021, 11:30     79 700

"İnsanlar qınağa çevirdilər, mənimlə Cavanşir müəllimi vurmaq istədilər. O, illərini sənətə verən sənətkardır. Zəhmətkeş adamdır, özü üçün qurub yaradıbsa can sağlığına. Cavanşir Məmmədov gözəl dostdur, bu günə kimi məni tək qoymayıb. Mənimlə 26 il çiyin-çiyinə işləyib".

Bu sözləri Əməkdar artist Firuzə İbadova "Tam vaxtıdır" verilişində deyib. Müğənni bir müddət əvvəl evinin şəraitsiz olmasını açıqladığı üçün tənqid olunmasından danışıb.

İbadova bildirib ki, hər kəs duet ortağı Cavanşir Məmmədovu tənqid edib:

"Toya gedib rahat oxumuşam, gəlib oturub çayımı içmişəm. Cavanşir müəllim isə 8, 12 saat ayaqda qalıb. Onun maddiyatı ilə mənimki bir olmalıdır?"./axşam.az

İnterPosta.info



Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26