Interposta.Info

Xalq artisti Rasim Balayev ilə Mərdəkan Mədəniyyət
Sarayında görüş keçirilib - FOTO

Mədəniyyət
 5-10-2022, 18:16     1 210

Oktyabr 4-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Mərdəkan Mədəniyyət
Sarayında “Qonağımız var” layihəsinin növbəti qonağı Xalq artisti, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, görkəmli aktyor, "Şöhrət" ordenli Rasim Balayev ilə görüş
keçirilib. 
"İnterPosta" xəbər verir ki, ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir
dəqiqəlik sükutla yad edilib. Tədbiri açıq elan edən Günay Firudinqızı Rasim Balayevin həyat
fəaliyyəti və yaradıcılığı haqqında məlumat verib.
Daha sonra görkəmli aktyorun oynadığı "Nəsimi", "Babək", "Dədə Qorqud", “Cavid ömrü” və
başqa filmlərdən fraqmentlər nümayiş olunub.
Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Bakı Şəhər Mədəniyyət Baş
İdarəsinin rəisi İbrahim Əliyev, xalq rəssamı Əşrəf Heybətov, rayon ictimaiyyəti və sənətkar
sevərlər iştirak ediblər.
Görüş ərzində Rasim Balayev aktyorluq peşəsinə qəlməyindən, milli kinematoqrafın hazırkı
vəziyyətindən söz açıb, kinoda yaratdığı obrazlar, sevdiyi rollar haqqında danışıb və iştirakçıları
maraqlandıran suallara cavab verib.
Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin
rəisi İbrahim Əliyev çıxış edərək aktyorun sənətindən söz açaraq, onun çəkildiyi filmlərin
Azərbaycan kinematoqrafiyasının ən parlaq səhifəsinə yazıldığını vurğulayıblar.
Sonda sevimli aktyorla xatirə şəkilləri çəkilib.

İnterPosta.info








Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26