Interposta.Info

Əməkdar artist ağır xəstəlikdən əziyyət çəkir (FOTO)

Mədəniyyət
 22-02-2022, 11:53     856

Azərbaycanın Əməkdar artisti Ehtiram Hüseynov dağınıq skleroz xəstəliyindən əziyyət çəkir.

"İnterPosta" Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə muğam ifaçısı özü bildirib.

O, Türkiyənin tanınmış müğənnisi Serdar Ortacın dediyi "Ms xəstəsi olmaq o deməkdir ki, bu gün yaxşı, sabah pis, növbəti gün isə yaxşı olub, insanları təəccübləndirirsən” sözlərini Instaqram səhifəsində paylaşıb. Sənətçi paylaşıma "İnşallah ms-in də çarəsi tapılar” sözlərini əlavə edib.

İzləyicilər də Ehtiram Hüseynovun paylaşımını bəyənərək ona şəfa diləyiblər.

Qeyd edək ki, dağınıq skleroz - sinir sisteminin iltihabi xəstəliyi olub, baş və onurğa beynində sinir hüceyrələrinin örtük qişasının zədələnməsi ilə müşahidə olunur.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26