Interposta.Info

Ehtiram Hüseynov Prezidentə təşəkkür etdi

Ölkə / Maqazin
 21-12-2017, 15:21     10 210

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sumqayıt şəhərinin sosial-iqtisadi və mədəni inkişafında xidmətləri olan şəxslərə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

Mükafat alanlar arasında "Muğam Televiziya Müsabiqəsi"nin laureatı, “Muğam aləmi” Beynəlxalq Musiqi Festivalının qalibi, tanınmış xanəndə Ehtiram Hüseynov da olub. Sevincini Karabakhmedia.az ilə bölüşən "Əməkdar artist" bu xəbərin çox sevindirici olduğunu dilə gətirib: "Fəxri ada layiq görülməyimdən çox böyük qürur və şərəf hissi duyuram. Bu, dövlət başçısının sənətə verdiyi dəyərdir. Şəxsən öz adımdan və ailə üzvlərimin adından Cənab İlham Əliyevə təşəkkür edirəm. Bundan sonra da musiqi mədəniyyətimizin, muğam sənətinin inkişafında bacardığım səyləri əsirgəməyəcəyəm."

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26