Interposta.Info

“Məni Allah qurtardı“ - Afaq Bəşirqızı

Mədəniyyət
 27-08-2021, 12:12     361


"İnterPosta" teleqraf.com-a istinadən Afaq Bəşirqızının müsahibəsini təqdim edir:

- Afaq xanım, həmkarlarınız teatr üçün darıxdıqlarını qeyd edib şikayətlənirlər. Siz necə düşünürsünüz, teatrların sentyabrda fəaliyyətinə ehtiyac varmı?

- Xeyr. Çünki özümdən götürürəm, düzgün olmayan davranış ucbatından səhhətimin pis vaxtında koronavirusa yoluxdum. Aktyorun xasiyyətidir ki, axşam iki saat yarımlıq tamaşadan sonra yarıcan evə gəlib, səhər saat 11-də məşqə gedib, axşam da tamaşada oynamaq üçün darıxır. Yəni ki, aktyor həmişə səhnə üçün darıxır, səhnə də aktyor üçün. Real vəziyyətə əks təsir göstərmək düzgün deyil. Çünki mən mədəniyyət xadimiyəm və xalqımı qorumalıyam.

Tamaşaçı zalda oturur, səhnədə isə 10-a yaxın aktyor, Akademik Musiqili Teatrını nəzərə alsaq aktyorlarla yanaşı 40 nəfər orkestrdə çalışan ifaçılar da var. Qarşılıqlı nəfəs, bu isə istər-istəməz artıq epidemiyadır. Bu qədər dözmüşük, yenə dözək...

İstedad bulaq kimidir, heç vaxt qurumaz. Amma darıxmağımız böyük bir ziyana apara bilər. Düşünəcəklər ki, dedilər teatr üçün darıxırıq, amma günahsız insanlar qurban getdilər. Mənə elə gəlir ki, sentyabrda pandemiyanın yeni dalğası gəlirsə, gözləmək lazımdır. Bu elə bir bəladır ki, cavabı yoxdur. Yəni Operativ Qərargahın qərarı ilə razılaşmamaq mümkün deyil.

- Nə zaman koronavirusa yoluxmuşdunuz?

- Avqustun 6-dan koronavirusa yoluxmuşdum, altı gündür sağalmışam. Evdə müalicə aldım. Mənə virusa yoluxmaq olmazdı. Yenə də Allah sevdi, qurtardı. Özüm şəxsən virusun əziyyətini gördüm. Bu dəqiqə hər iki nəfərdən biri bu xəstəliyi keçirib və virusun fəsadlarının nə olduğunu bilir.

Ən azından uşaqları, yeniyetmələri nəzərə almalıyıq. Həkimlərimə xüsusi təşəkkür edirəm. Əllərindən gələni etdilər. Hazırda səhhətim yaxşıdır, sadəcə dadbilmə, iybilmə tam bərpa edilməyib. Hələ ki onun altını çəkirəm. Əsas odur ki, hər şey yaxşı olacaq.

- Bir müddət əvvəl ürəyinizdən müalicə alırdınız. Hazırda vəziyyətiniz necədir?

- Şükür müalicəm bitdi.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26