Interposta.Info

Mehriban Zeynalova: “Ola bilsin, Afaq Bəşirqızı pandemiya depressiyasındadır

Maqazin
 21-04-2020, 16:24     482

"Afaq Bəşirqızı pandemiyanın depresiyasını yaşayır".

Bunu Qaynarinfo-ya açıqlamasında "Təmiz Dünya" ictimai birliyinin sədri Mehriban Zeynalova ötən gün ARB TV-də "Elgizlə izlə" proqramında canlı yayıma qoşulan Xalq artisti Afaq Bəşirqızının işlətdiyi qeyri-etik ifadələrə görə kanalın yayımını 6 saatlıq dayandırılmasından danışarkən deyib. Sədr hesab edir ki, Afaq Bəşirqızının işlətdiyi qeyri-etik ifadələri tamaşaçıların bəziləri özlərinə aid edir:

"Afaq xanım özünü ictimi şəxs hesab edirsə, çoxlu sayda adam onu nümunə kimi sitat gətirirsə, demək, adam dediyi hər sözə görə cavabdeh olmalıdır. İndiki gərgin durumda belə adamların məsuliyyəti 100 dəfə artıq olamlıdır. Sənətkar kimi ona heç kimin iradı yoxdur... Amma özünü ictimai xadim hesab edirsə, zəhmət çəkib səbrli və həssas olmalıdr. Səhnədə hər şey bağışlanır. Amma həytada insanlar daha tələbkardır. Niyəsini özü bilir. Afaq xanım ola bilsin pandemiya depressiyası yaşayır. Amma bu da əsas vermir ki, ictiami şəxs canlı yayımda o cur ifadələr işlətsin. Hər hansı etik ifadənin ictimai şəxsdən səsələnməsi yolverilməzdir. Təsəvvür elə, gərgin insan toplusu və bir ictiami şəxs deyir, əclafsan. 10 min adamın ən azı 5mini bunu özünə aid edəcək, gərginlik artacaq".

Mehriban Zeynalova qeyd edib ki, qanunvericilikdə bununla bağlı müəyyən qadağalar və ya cərimələr ola bilər:

"MTRŞ-ın qərarından asılıdır. Məhkəmədə adətən sözün təhqir olub-olmaması harda işlənməsi ilə bağlı ekspertizalar olur. Təkcə Afaq Bəşirqızına deyil, efirdə işlənən hər sözə görə ictimi şəxslərin məsuliyyəti xüsusi diqqət tələb edən məsələdir".

Qeyd edək ki, MTRŞ-ın qırarı ilə bu gün ARB TV-nin yayımı 6 saatlıq dayandırılıb. Buna səbəb ARB TV-də efirə gedən "Elgizlə izlə" proqramında Xalq artisti Afaq Bəşirqızının canlı yayımda qeyri-etik ifadələr işlətməsidir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26