Koronavirusa yoluxan nazirin səhhəti necədir? (AÇIQLAMA)

Koronavirusa (COVID-19) yoluxan mədəniyyət naziri Anar Kərimov sağalıb.
"İnterPosta" xəbər verir ki, bunu "Report”a açıqlamasında Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məryəm Qafarzadə deyib.
O bildirib ki, A.Kərimovun karantin müddəti mayın 2-də bitib: "Onun yenidən verdiyi testin nəticəsi neqativ çıxıb. Nazirin bu gün işə çıxması nəzərdə tutulub”.
Qeyd edək ki, mədəniyyət naziri Anar Kərimov aprelin 16-dan COVID-19-dan müalicə olunurdu.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26