Interposta.Info

Mədəniyyət nazirinin səlahiyyətləri Anar Kərimova tapşırıldı

Mədəniyyət / Manşet
 20-07-2020, 16:40     1 138

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə UNESCO-da Azərbaycan nümayəndəliyinin rəhbəri Anar Kərimov Mədəniyyət Nazirliyində birinci müavin vəzifəsinə təyin olunub.

"İnterPosta" məlumata görə, Prezidentin digər bir sərəncamı ilə Mədəniyyət naziri vəzifəsinin müvəqqəti icrası da A.Kərimova həvalə olunub.

Prezident başqa bir sərəncamla Anar Kərimovu Azərbaycan Respublikasının YUNESKO yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırıb.

Qeyd edək ki, Mədəniyyət naziri Əbülfəs Qarayev 21 may 2020-ci ildə vəzifəsindən azad edilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26