Interposta.Info

Ağcabədi Regional Mədəniyyət İdarəsində online konfrans keçirilib - VİDEO

Mədəniyyət / Paradoks
 11-04-2020, 14:25     1 388

Son günlər məlum səbəblərdən Azərbaycan Respubilkası Mədəniyyət Nazirliyi Ağcabədi Regional Mədəniyyət İdarəsini əhatə edən müəssisələrin fəaliyyətini əsasən internetin geniş imkanlarından istifadə etməklə qurmağa çalışırıq.

İnterPosta.info
xatırladır ki, bu imkanlar xalqımızın zəngin mədəni irsini təbliğ etməyə, mədəniyyət ocaqları, xalq yaradıcılığı, incəsənət ustaları, sənətkarlar və.s. işləri internet auditoriyasına ətraflı məlumat verməyə şərait yaratmışdır. Mövcud vəziyyətdə təlabatı nəzərə alaraq 11 aprel 2020-ci il tarixdə, saat 11:00-dan 13:00-dək Regional İdarəninin Aparat işçiləri və tabeliyində fəaliyyət göstərən müəssisə rəhbərləri ilə videokonfrans keçirilmişdir. Regional İdarənin rəisi Rza Quluyev ilk öncə Mədəniyyət naziri cənab Əbülfəs Qarayevin tapşırıqlarını müəssisə rəhbərlərinə çatdırmış, idarənin qarşısına qoyulan vəzifələrin və təxirəsalınmaz tapşırıqların vaxtı—vaxtında yerinə yetirilməsinin vacibliyini bildirmişdir. Daha sonra bəzi müəssisə rəhbərlərinin həftəlik hesabatları dinlənilmişdir. Sonda Regional İdarənin rəisi Rza Quluyev hər kəsə Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatlarına ciddi şəkildə riayət olunmağını tapşırdı.

İnterPosta.info



Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26