Interposta.Info

TURKSOY Musiqili Teatrın solistini mükafatlandırdı

Mədəniyyət
 10-10-2018, 16:56     10 575

Şimali Kipr Türk Cümhuriyyətinin Girnə şəhərindəki tarixi Bellapais monastırında Beynəlxalq Türk Mədəniyyət Təşkilatı –TÜRKSOY-un 25 illiyinə həsr olunmuş Beynəlxalq “Opera günləri” keçirilib.
"XeberBiz" xəbər verir ki, Şimali Kipr Türk Respublikasının Milli Təhsil və Mədəniyyət Nazirliyi, həmçinin, Mədəniyyət məsələləri üzrə Departamentinin dəstəyi ilə keçirilən bu tədbirində türk dünyasının tanınmış opera ulduzları iştirak edib. Solistlər - Şimali Kipr Türk Cümhuriyyətinin Samsun Dövlət Opera və Balet Teatrından Toğrul Ənvər Törə və Sermin Dikmən Törə, Qırğızıstan Dövlət Operasından Əzizə Mamatnazar qızı, Rusiya Federasiyasının Kabardin-Balkar Respublikasından Leyla Gurtueva, Qazaxıstanın Türkistan Əyaləti Valiliyinin Operasından Yerlan Jandarbay, Astana Operasından Nazim Sağıntayla yanaşı, ölkəmizi Azərbaycan Dövlət Musiqili Teatrının aktrisası Eleonora Mustafayeva təmsilı edib. Konsertdə iştirakçılar klassik əsərlər və mənsub olduğu xalqın milli operalarından nümunələr təqdim ediblər.
Eleonora Mustafayeva Qırğızıstanlı konsertmeyster Yulia Babiçin müşaiəti ilə “Sevgilim” (R.Hacıyev), “Əziz Surət” (Tofiq Quliyev), “Tu, ca nun chiagne” (E. De Curtis) əsərlərini, “La Gioconda” (A. Ponçielli) operasından Giocondanın ariyasını oxuyub.
Möhtəşəm konsertin sonunda opera ifaçıları “Traviata” (C.Verdi) operasından “Brindisi” ariyasını birlikdə ifa ediblər və tamaşaçılar tərəfindən ayaq üstə, sürəkli alqışlarla qarşılanıblar. Eleonora Mustafayeva və digər iştirakçılar TURKSOY tərəfindən mükafatlandırılıb.

interposta.info

TURKSOY Musiqili Teatrın solistini mükafatlandırdı
TURKSOY Musiqili Teatrın solistini mükafatlandırdı
TURKSOY Musiqili Teatrın solistini mükafatlandırdı
TURKSOY Musiqili Teatrın solistini mükafatlandırdıTURKSOY Musiqili Teatrın solistini mükafatlandırdı

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26